Haşım bəy üçün
Qələm yoldaşımız Haşım bəyin qara xəbərini aldığım vaxt başıma qəm buludları çökdü. Çünki onsuz da çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və səbatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu bizim üçün böyük dərd, qəm və qayğıdır.
Lakin bu dərd və qayğı bizə yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza səbat və həmiyyətli adamların yalnız yas verib oturtdurmaz, ümid kəsdirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşım bəy də öylə səbatlı vücudların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbaz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır.
Doğru, Haşım bəy öldü. Lakin adi və rahat surətlə ölmədi: mətbuat yoluna, millət yoluna fəda oldu.
Fədailərin, həm də mətbuat fədailərinin məqamı ilə ucalarda, səniyyi-ərşi-əlalardadır. Qanlı ürək təsiri ilə, göz yaşları ilə yazdığı “kefim gələndə”lər rublu məqalələri yad edildikcə mərhumun məqamı ucalıqlarda qalacaq və bu surətlə daha ülvi bir halda yaşayacaqdır.
Ancaq burasına dərdlənirəm ki, Haşım bəy axır vaxtlarda qurbanı olduğu fikirlərin, idealların həqiqət olduğunu görmədən getdi.
Lakin mən imanla söz verərəm ki, o ülvi ümidini aşağılarda almadısa da, yuxarılarda duyacaqdır.
Ümidvaram ki, Haşım bəyin məqalələrini sevib oxuyanlar mərhumun səbati kimi bu səbatla onun fikirlərinin meydana gəlməsinə çalışmaqla mütəsəlli olurlar.
Mən də millətin mərhum qurbanlarının qədrini bildiklərini görməklə təsəlli buluram.
Ömər Faiq
“Açıq söz” qəzeti, 17 fevral 1916, № II3
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-hasim-bey-ucun
Use ← → keys to move, R for a random poem
More by this author
Şükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir.
ŞəkidənBəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir.Müəllim Nemanzadə
AxalsixdənCənab mühərrir!Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, ne de əski!
Dilimiz və İmlamızƏdəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağım söyləmək üçün dəlilə, təfsile hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi… dilləri, sonra da bizim türkcəmiz. Mədənilik ləzgilər, çərkeslər arasında yayıldıqca öz dilləri de yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adlan qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur.Bu qorxu, millətini sevən her homiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Ne edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ile danışsalar darıxırlar.
Poems by other poets
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!