Page 1 of 2

Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.

Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.

Biz üç açmağı haram bilən rəy və qövmlərin çoxunu bilirik. Bizə “Tazə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırdılar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də.

Sözün canı bundadır ki, aya üz və əlləri örtmək “icmai” və “zəruridin”dir, ya “ixtilaflı”? Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalınızla təkfirə cürət eləməyin. Yox, “üz və əlləri” açmaqda zərrə qədər ixtilaf, yoxsa isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.

Biz “üz və əlləri” göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq:

Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir” də, Şeyx Yusif Bəhrani “Hədayiq”də və Şeyx Küleyni və sairlər qədim üləmadan və bir cəmaəti mütəəxxirindən deyirlər: “Şəriəti Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”.

Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzü açıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki, “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”.

Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha.

Övrət ya əcnəbiyədir, ya məhrəm, əcnəbiyə olduqda ya azadədir, ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu verməyə.

Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-Fəxri Razi, səh.375).

Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə övrət yeri: göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir, övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə, əllərinə. Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir.

Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür, ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səh.377).

Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti-zinətə. Əqrəb budur ki, xilqəti-zinət daxildir “zinətə-hünnəyə”. Zinəti-arizi və sonra əmələgəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə.

Zinəti xilqətə həml edənlər deyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir, üz və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsir-kəbir”, səh.378).

“İlla ma zəhərə minha” – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkar çətinlik var. Bəziləri deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-ibn Səud”, səh.259).

“Təfsiri-Qazi” həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səh. 138).

Zinət bir rəvayətdə zinəti-zahiri: sümük və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səh.342).

“İlla ma zəhərə minha” ibadətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səh. 156).

Vəla yəzrübnə bixmrəhünnə əla cüyubəhünnə.

Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və gərdən-bəndləri görsənərdi. Ona görə əmr olunur ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səh.379).

Haman ibarətlə və qərar ilə yazılıbdır (Təfsiri-ibn Səud”,səh.359).

Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (“Cəlalin”, səh. 156).

“Vəla yəzrübnə bixümirihinnə əla cüyubəhünnə”, yəni boyunların örtsünlər (“Təfsiri-Safi”).

Hicab ayəsi (53-cü ayə):

Ya eyyühəlləzinə amənu la tədxilu büyütin-nəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədeytüm fədxülu fəaiza tömətüm fəntəşiru vəla məstanisinə lihədisin innə zalikum kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyi minəl-həqq və iza səəltəmuhunnə mətaən fəsəluhunnə min vərai hicabə zalikum əthərü liqülubəkəm və qülubəhünnə.

Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərin ki, sizə izin verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz təamın qabına mütəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki, çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gediniz deməyə). Və illah həya etməz haqqı deməyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qayırma Hədislər

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

19071 min
Xortdana Məktub

Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.

19072 min
Məktub

Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.

19073 min
Bir Nəçə Günlüyə( Zövci-axər məsələsi)

Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.

19072 min

Poems by other poets