Son bir-iki söz
Müqəllid əfandi’
Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.
Yazdığınız bəhs barəsində irəvanlı möhtərəm və fazil cənab Abdulla əfəndi ilə lazımi qədərincə lütfanə, zərifanə xeyli söhbət etdik. Bu bəhsə de çoxdan nəhayət verdik. Əcəba, zati müqəllidanəəri, imdiyə qədər harada idiniz? Bir fikir edin. 32-ci nömrə harda, 42-ci nömrə harda?
Əcəba, qelbinizdəki nədir? Əcəba, indiyə qədər qəzetə yazacaq bir şey tapmadınızmı ki, heç münasibəti yox ikən keçmiş bir bəhsi tezələndirərək, nə olursa olsun yazmaq üçün dediyiniz kimi, “mən də varam” dərdi ilə ortaya atılıbsınız. Əfendim! İstərsəniz daha o yanə tullanınız, bundan daha şiddətli və həqarətli sözlər yazınız, menim şəxsiyyətlə işim yoxdur. Çünki böylə dəqiqəsi belə ən qiymətli olan bir vaxtda, xüsusilə bu günlərdə – ümumi, milli işləri buraxıb da yalnız şəxsiyyətlə ve fayidesiz cavablara cavab yazmaqla ömrü fotə verməyin özü də cahilliyin bir növüdür.
Buna göre təkrar edilmiş bəhsi bir daha təkrar etmək adətində bulunmayacağam: cavab vermiyəcəyəm. Zira böylə adi və uzun cavablara cavab vermək dəryanı xəlbir ilə ölçmək demək olduğundan əbəs-iştiqalə vaxtım yoxdur. Ancaq meni yazdıqlanmı “müqellid” sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib de – zərurət ve zaman müqtezası ilə – açıq yaza bilməyib kinayə teriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzeri-diqqetlerine həvalə edirəm. “Şərqi Rus”un fevral ayındakı nüsxələrini diqqətlə oxuyanlar mənim “müqellid” namıni kimlərə vermək istədiyimi anlarlar. Adlarını söyləmək, dəlil gətirmək lazım deyil. Bəsirət və edaleti olanlara məlumdur. Yaxşı bir fikri, faydalı bir məsləki təqlid edənlərə daş atmaq deyil, can fəda, baş qurban! Burasını əvvəlcədən söyləmişdim. Bilmirəm buralarını nə üçün anlamaq istəməyib, çaldığınızla oynayırsınız? Ah, aləm nə dərddə, biz nə vuruşmalarda nələr yazmaqdayız! Heyhat, özgələr ne qayğıda, bizlər nə adi işlərin dalmdayız. Vay, vay! Zaman nə deyir, biz ne eşidiriz.
Qələmin meqsudi-safindan xəbərdar olmuyan, Edəcək, əlbəttə, təqlid ilə bi zar məni.
Nemanzadə
Şərqi-Rus qəzeti, 30 May 1904
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-son-bir-iki-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.
İdareyi-Ruhaniyyələrimiz Nə Vaxt Düzələcək?“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.
Müəllimlərimiz nə üçün Bakiya qaçırlarBizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Her kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sovdagarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır.Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəlimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzərdiqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”. “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büzüb oturulmadı.
Nə Vaxta Qədər?Qafil camaatın içində ciddi iş görmək, xüsusilə politikaya – məmləkətin idarəsinə aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yamanı qanmıyan xırda uşaq kimidir. Hər kəsə məlumdur ki, uşağa üstü bəzəkli, içi zərərli konfet verəndə, o saat üstünə baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki uşağın qızdırması üçün “kinə” verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kinə vermək istəyəndən küsər, ürəyində düşmənlik bağlar. İştə bizim nadan, əsir camaatımızın bir qismidə tamamilə bu uşaq kimidir: səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti o köhnə rəzalət, o alçaq və əsirlik şəklində görüblər. Dərd budur ki, Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəlilliyin, o cür əsirliyin, o xalis heyvanlıq, sənəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy (qoxu) ilə dolub. Qəlblər bir eşşəyə boyun əymək duyğusu ilə bəslənib. Başlar və beyinlər zülm ve istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! bəzi müsəlmanları yenə qədim idareyi-höküməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada “hürriyyət’in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdəki ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!.Ey oxucu! Zənn etmə ki, “Ümidvar” bu kimi sözləri düzəldib tənbeh üçün yazır. Yox vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şərini qanmayıb bəzi avama qatışıb islamın əsası olan hürriyyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qədər böylə kor və qatil qalacağız? Nə vaxta kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz politikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görürsünüz, ermənilər 20 ildən sonra özlərinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görürsünüz, ermənilər – Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyyət və müsavatı əsla istəmiyorlar. Neçin də istəsinlər ki, əvvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, bəlkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yerə, hər idarəyə kök salan ermənilərin bugünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə öz millətimizin səlamətliyi naminə Rusiyada hürriyyət və müsavatın “doğru” vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini cani-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi əcələ görməyə, əcələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almarıq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa min-min yaman sözlər ilə pisləməyə, nöqsan tapmağa hazırıq. Yox, yox, əzizlər, böylə olmamalı! Böyük bir hökumətin hər tərəfə, xüsusilə avam camaatın qəlblərinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi bəlkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız, başımıza vurulan yumruqların qüvvətlənməsinə, özümüzün, tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, xərclərimiz gələcəkdə millətimizin rahat və səlamətliyinə bais olacaqdır. Görürsünüz aradakı təfavütü, elm ilə cəhalət arasındakı təfavüt nə qədər böyükdür!
Poems by other poets
Yazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
SayasanMərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.
La'ali-Manzuma, chapter 16برادر بیتو در چشمم جهان تنگست مینالمفلک را بیسبب با من سر جنگست مینالم
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki