Hörmətli Molla emi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi. Nə eləyim, bir orucluq olmayaydı görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun.

Mən yamanlıq eləmədim ki, yazdım Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirlərin açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan?

Bir gör nə çəkilib: kişi öz gözəl, Allahın əmrilə aldığı arvadını körpə balası ilə gözüyaşlı qoyub gedib uyubdu urus ləçərinin birisinə. Habelə işlər olanda arvad başına nə daş salsın, a canı yanmış! Ürəyi yanan məhəbbət duası da yazdırar, ocağa da qaçar. Allah bir eləsin sənin qabağına çıxartsın, onda dadını görərsən. Və bir də məhəbbət duası yazdırmaq ve kişilərin cibindən pul oğurlamaq, başına cürbəcür oyunlar gətirmək bizim aramızda olan sirlərdir, bunların hamısını açmağa dursaq, onda kişilərin yanında bizim nə hörmətimiz olar?

Məgər sənin rəhmətlik qoca nənən Xanpəri ki adı sən başıküllüyə qoyulubdur, tutduğu əməllər sənin yadından çıxıbdır. Eşitməyibsən ki, o rəhmətlik Məstəli şaha cadu qurdurub bif dəqiqədə Parij şəhərini necə dağıdıb altını üstünə çevirdi və biçarə Müsyö Jordanı dəli edib çöllərə saldı? Şəhrəbanu xanım bunu görəndə əhmətlik nənənə dedi: “Xanpəri, Parijin dağılması təəccüb deyil, təəccüb odur ki, kişilər həmişə bizə deyirlər caduya, pitiyə inanmayın.

Necə inanmamaq olar ki, adam öz gözü ilə belə işləri görür?” Ve rəhmətlik nənən cavabında dedi: “Eh xanım, kişilərin əgər ağlı var, niyə biz onlan hər qədəmdə min yol aldadırıq və öz bildiyimizi edirik”. İndi biz də gərək sənin böyük nənənin yolu ilə gedək, yoxsa bir qara pulluq da bizim qiymətimiz olmaz.

Cəhrəçi xala

“Molla Nəsrəddin”, 10 noyabr 1906, No. 32

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bakının əlacı

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.

19072 min
Oyun-Oyuncaq

Yox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.

19073 min
Allaha Rüşvət (Axalsixdən)

Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”

19084 min
Ziyarət

Sen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…”

19082 min

Poems by other poets