Yox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.

Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.

Sonra eşitdim ki, işlərimiz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Men o vədə istədim qələmi götürəm əlimə. Siz genə menə yazdınız ki, “sən allah, ay Molla, hələ bir az səbir elə, işlər yavaş-yavaş düzələr”.

Men də dinmədim, dedim “qoy hələ görək axın ne olacaq. Sonra eşitdim ki, “Cemiyyəti-xeyriyye”nizin, “Nəşri-maarifinizin” və “Drama cemiyyeti”nizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən allah hələ səbir elə, Allah kerimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur cəmiyyətimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah, camaatımız kasıbdı, yoxsa sen bizim Gəncə müsəlmanlarım o qədər do həmiyyetsiz və biar hesab eləmə, vallah, pulları yoxdur, yoxa da çarə yoxdu”.

Mən dinmədim, çünki doğrudan da yoxa heç bir çarə yoxduf. Və dedim ki, qoy hələ görək axırı ne olacaq.

Hərçənd o vədə menə bir para şeydan adamlar əl altından yazıb xəbər verdilər ki, “a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eləyirsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var”, amma mən genə dinmədim və gözlədim ki, görək axın nə olacaq.

Amma sonra nə gördüm!!!

Mən görəni heç bir kafir də görməsin, yazıqdı!

Indİ mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər!

Pəs bu ne İşdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdır, kimdən pul istəyək?” Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əgər ki, siz düz adamsınız, niyə keçən İl bu qeder şövq ile “sirkə” getmirdiniz? Yoxsa elə bilirsiniz ki, bunun səbəbini Molla bilmir? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan san-saçlı urus qızlan nagəhan bəlaya düçar olsunlar! Onlan görüm yaman yara çıxartsınlar!

Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onlan o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüm gecə səhərə kimi yuxu yuxulamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahü naləsi sizi tutsun, ay gavur qızlan!

Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola.

Yoxsa vallah, bizim yazdıqlanmız da zarafata oxşayır, gəncəlilərin işləri de zarafata oxşayır.

Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah, işlər gərək belə qalmaya!

Lağlağı

”Molla Nəsrəddin”, 16 dekabr 1907, N°47

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pişik (2)

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.

19114 min
Ey İran!

Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

19111 min
Təşəkkür

İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.

19111 min
Söhbət

Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.

19114 min

Poems by other poets