İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.

Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.

Ömər Faiq Nemanzadə

“Molla Nəsrəddin”, 25 yanvar 1911, N 4

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nə üçün haqqımızı istəmiriz?

Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir, öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa kimi – yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz.Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ataqazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəini düşünmürüz də. Məsələn, “Tibet’de ingilislərin hansı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hansı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlinin söylədiyi nitqini incədən incəyə düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponların hansı saat ve dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcədə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqınqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyrət və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öylə qəflət ki, bu gün en böyük üləmamızdan başlayıb da en aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ile məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir.

19046 min
Əhməd Bəy Ağayev

Bir az hemiyyəti-milliyesi, melumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühəmrlərindən biri və Bakı gimnaziyalarının firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub orada “realnı” məktəbini ikmal ile bərabər türk, fars, ərəb dillərinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qeder bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darüt fünunu olan “Sarbonnaya” daxil olmuşdur. Kamal ilə səfahetin, elm ile əyləncənin geniş bir meydanı olan Fransada da sey və hüsn-əxlaq tərəfinə meyil edib darülfununu İkmal etmiş və bu surətlə Qafqazıya müsəlmanlarının – əgər İstər və çalışarlarsa – fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir, övdətdən biraz sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyə-tinə müsaid bir covlangah olaraq hər yazdığı məqalələri her kəsə ləzzətlə oxudacaq faydaterz bir bexşde təhrir ilə gəlməkdədir.Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir tehrirat ve melumati elmiyyedəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millet üçün birər bəraeti-estehlal, birər bərati-feyz ve tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötgün qələmi ilə, geniş məlumatı ilə, durbinane nəzəri ile, surəti tehriri ile, əsabeti-reyi ile, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı, öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı ezhabi-zekaya məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə melumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal ve nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında “Əhməd bəy Ağayev” namı da mütləq bulunacaqdır.

19043 min
Son bir-iki söz

Müqəllid əfandi’Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.

19042 min
G-k hərfləri̇

Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.

19042 min

Poems by other poets