Dərdini hamıya demə,bir nəfər bilsə bəs eylər.Şərtdimi hamı “can” desin,bir can “can” desə, bəs eylər.

Sözü-sözündən oxuyan,səni özündən oxuyan,dərdi gözündən oxuyan,o dərdi bölsə bəs eylər.

Səni sevən, duyan hanı?Anan ölsün, anan hanı?Tanrım, saxla Nərimanıbir şair bizə bəs eylər.

iyul, 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets