Bilmirəm, bir ömrü yaşamışammı,ya heç yaşamağa başlamışammı?Bəlkə yüz ilim var hələ qabaqda,bəlkə bircə həftəm qalıb o vaxta.

Deyirlər, söz qalır dünyada yalnız,gəldi-gedəriyik qalan hamımız.Deyə bilmişəmmi qalan söz olsun,adınla çəkilən filan söz olsun.

Adım Nərimanın adıdır, nə qəm,o şöhrət qazanıb getdi bu ada.Şöhrətli bir adı yaşadan mənəm,şöhrətsiz olan da mənəm dünyada.

Adlar yolumuza çıraq olurlar,yolların mənzili kəsə olmayır.Bir söz qəzasında həlak olurlar,bu ömür – hər ömrə nəsib olmayır.

Ürəkdir bu eşqlə qaynayıb-daşan,sinəmdə çırpınır alışmaq üçün.Bir insan ömrünü girov qoymuşambir şair ömrünü yaşatmaq üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets