Qaldırdıq biz onu günorta üstü,bizim yazıçılar ittifaqından.Bizi birləşdirib gedirdi özü,saxlaya bilməzdi nə vaxt, nə zaman.

Bir az ağırlaşdı çiyinlərimiz,bir tabut altında yerləşə bildik.Bir torpaq üstündə ayrılsaq da biz,bir tabut altında birləşə bildik.

Bu qəmin, bu sirrin, kökü dərindi,gördüm, birləşibdi əllər – qarışıq.Ömrümdə ilk dəfə mən yas yerindəbelə sevinirdim, kədər qarışıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets