“Xəstə yox, xəstədir xəstəyə baxan” –atalar sözünün əvəzi yoxdu.Təbiət gücsüzdü, həkim köməksiz,kimin ki, yaşamaq həvəsi yoxdu.

Xəstə var, dindirsən yaxşıyam deyər,xəstə var, səni də xəstə eləyər.Oturub inləyər, qalxıb inləyər,dilində bir həyat nəğməsi yoxdu.

Hardasa əyilmir, məğrurdu insan,bir ömür nədir ki, qorxasan ondan.“Boşalır bir yandan, dolur bir yandan”,hələ qanunların təzəsi yoxdu.

İnsan var, yaşayır yüz il, yüz beş il,həyata çağırır hər təzə fəsil,Ömür – imtahandı, danış, ya kəsil,həyatın heç kəslə qərəzi yoxdu.

Dünyaya gələnə dünya dar deyil.dünyadan gedənə günahkar deyil.Eşidir şairi, dünya kar deyil:görünür, bir özgə çarəsi yoxdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets