Başma döndüyüm alagöz Pəri,Elə bildim sonam bu sudan gəlir.Müjgan atdı, dəydi, keçdi sinəmdən,O cadı qəmzələr, busudan gəlir.

Başına örtübdü kalağay, gəzər,Əyri tel üstündən qızıl düymələr,Belinə yaraşıb zərbafdan kəmər,Çəpkənli, çarğatlı ağ bədən gəlir.

Abbasam, yetirdim aman-amana,Nə ola bir əlim çata canana.Qoynu içi dönüb taza bostana,O sərxoş sevdiyim hamamdan gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love