Başına döndüyüm pərim,Get pərim, gələ bilmərəm.Sənə kömək olsun tanrım,Get pərim, gələ bilmərəm.

Peymanələr dolmayınca,Gülkəz rəngim solmayınca,Şahdan izin olmayınca,Get pərim, gələ bilmərəm.

Usta ol, ustanı tanı,Üstümüzdə durub qanı,Qul Abbasın din, imanı,Get pərim, gələ bilmərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets