Payız, qayınağacı
Meşə, yol kənarı, bir xəstəxana,adını çəkmirəm, adı ağırdır.Mən də ümidimi bağladım ona,heyif, ümid ayrı, həyat ayrıdır.
Yatanda yuxuna girməzdi gülüm,nə dərd səninkiydi, nə də o xiffət.Özgənin əyninə biçib, elə bil,sənə geydirmişdi onu təbiət.
Göylərdən gəlmişdi nə bilim, nəydi,deyirdim, dilimdə söz alışırdı.Amma gözündəki qəm səninkiydi,göz qəmə, qəm gözə doğmalaşırdı.
Səndən gizlədirdi sözünü həkim,Gedib dil tapırdım mən öz aramda.Sənin xəstəxana artistin idim,rolda oynayırdım ev paltarımda.
Yanına gələndə mən and içirdim,yolda addımımı ölçüb-biçirdim.Sayırdım düz gəlsin: otuz, əlli, yüz...Nə danım qorxurdum bərk sevinəndə.Ümidsiz dönürdüm, ancaq ümidsizyanından hər dəfə evə dönəndə.
Ev dedim, qaldığım mehmanxanaydı,yatmağa gedirdim mən o xanamda.Sənin ayağının altında idi, –əslində yerim də, mehmanxanam da.
Kimə inanaydım, bilmirdim kimə,söndürən yox idi, közərən odu.Sən böyük Allaha, mən baş həkimənə qədər yalvardıq, hamsı puç oldu.
Payızdı, yollara bir duman çöküb,səsin qulağımda qalıb o vaxtdan.Bir qayınağacı boynunu büküb,beləcə durmuşdun sən də o zaman.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-payiz-qayinagaci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun