Üçüncü məclis
Page 2 of 2 · 50%
BEŞİNCİ GƏLİŞ
Yusif və Maşo.
Y u s i f (təəccüblə Maşoya baxır). Maşo, nə üçün ağlayırsan?
M a ş o (gözlərini silə-silə durur). Daha yatmaq vaxtı deyil.... Mən sənə dediyim əhvalatı diqqətsiz qoymaq olmaz. Gərəkdir bir əncam çəkmək, yoxsa qız özünü həlak edər. (Kağızı Yusifə verir).
Y u s i f (kağızı diqqətlə oxuyub başını bulayır. Sonra fikrə gedir). Mən hərçi fikir edirəm, bir şey çıxmır. Sən mənə medalyon barəsində söylədikdə, mən elə bir məna vermədim. Fəqət görünür iş-işdən keçibdir. Nə edim. Əlbəttə, qızın özü
ilə gərəkdir söhbət etmək. (Bir az fikirdən sonra.) Bir şey də fikrimə gəlir: biz özümüz Bahadırı çox sevirik.... Nə eybi var.... Bahadır ağıllı və kamallı bir oğlandır. Onun üçün hansı bir məzhəbdə olmağın təfavütü gərəkdir olmasın. Onun belə bir əqidədə olmağı öz kağızından məlum edir. Ona görə xristianlığı qəbul edərsə, biz artıq dərəcədə məmnuniyyətlə onu qəbul edərik.... (Maşoya.) Sən Sonanı çağır buraya.
M a ş o (çıxır). Yaxşı.
Y u s i f. Doğrudan da böyük bir bəlaya düçar olmuşuq.... Hərçi fikir edirəm, bir yol tapa bilmirəm. Nə etməli? (Fikirdə.)
ALTINCI GƏLİŞ
Yusif, Sona, Maşo.
S o n a (başı aşağı). Atacığım, məni çağırıbsanmı?
Y u s i f. Bəli, qızım! Otur. Əhvalatdan xəbərdaram.... Qızım, əbəs yerə özünü fikirlərə salma, bu asan bir işdir. Mənim yəqinimdir ki, Bahadır xristianlığı qəbul edər, o vaxt hamı işlərimiz də düzələr, deyilmi, qızım?
S o n a. Ah, sevgili atacığım! Mən təvəqqe edirəm belə məsələni heç araya gətirməmək. Mən heç vaxt belə sözləri demərəm və razı da olmaram Bahadıra deyilsin. Nə üçün Bahadır xristian olsun? Yainki nə üçün mən müsəlman olum? Bizi xristianlıqmı və müsəlmanlıqmı bir-birimizə yaxın etdi, yainki özgə bir şey?
Y u s i f. Yox, qızım, elə deyil! Hər halda biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair müəyyən bir yol, ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət edəriksə, bizə ayrı bir nəzər ilə baxarlar.... Bizi camaatımız özündən hesab etməz.... Sən millətini sevirsən, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millət səni özündən kənar etsin?
S o n a. Əcəba, Bahadırın millətdən kənar olmağına necə razılıq vermək?
Y u s i f. Qızım! Səni canım kimi sevirəm. Yəqin bil ki, mən sizin məhəbbətinizə mane deyiləm və ixtiyarım da yoxdur. Fəqət bir şeyi demək istəyirəm. Qızım! Bahadırın və sənin fəlsəfənizdən camaatın, millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl olmuş olsa, camaat fəlsəfənizə nifrətlə baxacaqdır.... Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın adətləridir, qızım!
S o n a. Atacığım! Sözləriniz haqdır. Camaat, millət ümumiyyətlə bizim fəlsəfəyə nifrətlə baxacaqdır.... Bunu yaxşı düşünürəm. (Fikirdə.) Bəs nə etməli? Mən çaşıram.... Millətimdən uzaq düşmək istəmirəm. Mən ömrümü millət yolunda sərf etməyə hazıram. Onu sevirəm.... (Fikirdə.) Bahadırı da sevirəm.... Bahadır burada ikən belə şeylər fikrimdən keçməyirdi.... Bəlkə bu ayrılıq səmərəsidir. Bəlkə bir yerdə olsaq, yainki birlikdə məsləhət etsək, qeyri bir nöqtəyə gəlməli olarıq.... Bilmirəm.... Başım işləmir. Fikrim dağınıqdır.... Əhvalım pərişandır.... (Fikirdə). Bahadırın sözləri və əqidəsi haqdır.... Camaata, millətə dair söylədiyiniz sözləri də diqqətsiz qoymaq olmaz.... Özgə bir yol, qeyri bir çarə yoxmu, sevgili atacığım?
Y u s i f (bir az fikirdən sonra). Qızım! Mənim başıma bir fikir gəldi.... Səninlə bərabər Peterburqa gedək, Bahadırla bir yerdə söhbət edək. Bəlkə birlikdə bir çarə tapdıq!
S o n a (birdən ayağa durub atasını qucaqlayır). Ah, sevgili atacığım! Nə gözəl fikirdir! Mən razıyam! (Sonra anasının qucağına yıxılıb.) Sən də anacığım, atamın fikrinə şəriksən, deyilmi? Hə?
M a ş o. Razıyam qızım, razıyam! Bu fikir mənim başımda var idi. Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb yəqin edirəm, birlikdə çarə tapılar.
Y u s i f (durur). Yaxşı, hazırlaşaq! İki gündən sonra gedirik.
S o n a (gah atasını, gah anasını öpür). Peterburqa! Peterburqa!
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-bahadir-ve-sona-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
(Bir romanın başı)Nə gözəldir İdil çayı!
Pirİyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək."
Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubuMoskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...
Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubuMöhtərəm Nəsib bəy Yusifbəyov cənabları,Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imerialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur.
Poems by other poets
Əhli-halə sanma, ey dil, bu cahan məqbuldurAqilə cahü cəlal dövləti məxzuldur
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Mirzəcan ilə Aşıq Pərinin deyişməsiMirzəcan:**Mən ki öldüm, həsrətindən ey Pəri