İkinci məclis
Page 2 of 2 · 50%
DÖRDÜNCÜ GƏLİŞ
Niyazəli, Qurbanəli və Ağakişi.
N i y a z ə l i. Salaməleyküm! Genə nə şirin söhbət eləyirsiniz?
Q u r b a n ə l i. A! Xoş gəlibsən!
A ğ a k i ş i. Yaxşı vaxt gəlibsən, a qonşu! Bura gəl, yanıma. (Əli ilə göstərir, Niyazəli Ağakişinin yanına gedib əyləşir.)
N i y a z ə l i. Nədi genə? Nə xəbər ola?
A ğ a k i ş i. A kişi, bizim Qurbanəli elə şeylər danışır ki, pişmiş toyuğun güləsi gəlir!
N i y a z ə l i. Nə var? Xeyir ola, a Qurbanəli! Genə mollalığmı eləyirsən?
Q u r b a n ə l i. A kişi, bir şey yoxdur. Ağakişidi çənəsini boş qoyub danışır.
N i y a z ə l i. Sən de görüm, nə var?
A ğ a k i ş i. Məhəmməd ağanın sözünə baxıb istəyir kiçik oğlunu şkola qoysun.
N i y a z ə l i (Qurbanəli asqırır, Niyazəli başını bulayır). Mən də əvvəl bu fikirdə idim....
Q u r b a n ə l i. Sonra nə oldu ki?
N i y a z ə l i. Beş il bundan əvvəl Mursaqulu ağanın uşaqları oxumurdumu?
Q u r b a n ə l i, A ğ a k i ş i . Hə ... һә ... һә....
N i y a z ə l i. Bax, o vaxt mən də istəyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gəlib dedim: a bala, sizə şkolda nə oxudurlar? Cavab verdi ki, "nə bilim, yerin günün başına dolanmağından, yer havada
durmağından".... Xülasə, çox şeylər dedi, hayıf ki, yadımda qalmayıbdır!
A ğ a k i ş i. Ha, ha!... (Gülür.) A, gör nələr söyləyirlər, ya rəbb!
N i y a z ə l i. Doğru deyirəm, üç oğlumun canı üçün, elə belə deyirdilər. Doğrusu, belə şeyləri eşidəndən sonra hansı axmaqdı gözü baxa-baxa uşağını dəli eləsin.
Q u r b a n ə l i (təccüb edir). A Niyazəli, nə deyirsən? Yer də günün başına dolanarmı?
A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necə eyləyir.
Q u r b a n ə l i (asqırır). Olmuya bu tək səbir elə ondan ötəri gəlir.
A ğ a k i ş i. Görükür, bu işin xətası var.
N i y a z ə l i. Tək səbir mənə düşmür.
A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdən daşınasan. Yaxşı demirəmmi, a Niyazəli?
N i y a z ə l i. Doğru deyirsən. Bir şeyi ki, başlayırsan, tək səbir gəldi, qoy qalsın. Xülasə, nə deyim, bu oxuyanların işləritəəccübdür. Yazıqların işləri-gücləri yoxdur, belə-belə şeylər yazıb satırlar. Bu yolnan özlərinə pul qazanırlar.
Q u r b a n ə l i. Bunlar hamısı keçər-gedər. Ancaq bu tək səbir.... (Asqırır.) Allahu-əkbər! Mənim gözümü qorxudur. Gərək siz deyən doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir.) Ah! Qoy genə getsin qoyuna, oxumaq
nəyinə lazımdır....
N i y a z ə l i. A kişi, nəyinizə lazım belə şeylər danışırsınız. İşinizi tanrı qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə gələcəkdir, doğrudumu?
A ğ a k i ş i. Doğrudu, doğru.
Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı?
N i y a z ə l i. Əsil iş mənim deyilmi?
A ğ a k i ş i. Nə olub, allaha şükür?
N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır.
A ğ a k i ş i. Atası, anası razı deyillərmi?
N i y a z ə l i. Yox, a kişi! Qız əvvəl özgəyə nişanlıymış, kəbini də kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir.
Q u r b a n ə l i. Mollanın burada nə işi var?
N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki?
Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi.
N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya yox?
A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey heç, olarmı ki?
N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma.... O vaxt zorumuza saldıq, gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası və nişanlısı qızın dalınca düşməz, amma....
Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar.
N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq qoyub gəzmiyək.
A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər.
N i y a z ə l i. Bu işin üstəmi?
A ğ a k i ş i. Bəli!
Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır.
N i y a z ə l i. Xülasə, görək, işimiz nə,tövr olacaq!
(Bu vaxt Koxanın eşikdən səsi gəlir:--Niyazəli burdadımı? Cavab:--Burdadı.)
BEŞİNCİ GƏLİŞ
Koxa, Niyazəli, Qurbanəli və Ağakişi.
K o x a. Ay Niyazəli! Dur görək!
N i y a z ə l i. Nə var, ay Koxa?
K o x a. Naçalnik gəlib, səni istəyir.
N i y a z ə l i. Hara düşübdür?
K o x a. Hacı Abdullagildədir.
A ğ a k i ş i. Adam çoxmu yığılıbdı?
K o x a. Yox, hələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini harda olsa tapaq.
N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq!
Q u r b a n ə l i. Elə görükür.
N i y a z ə l i. Bir dəli şeytan deyir, heç getmə.
A ğ a k i ş i. Yox, getsən yaxşıdı.
Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar.
K o x a. Sən allah, dur gedək! Mənim da işim var.
N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəhərə gedibdir?
K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə heç şey olmaz.
A ğ a k i ş i. A Koxa, sən get, o da gələr.
(Qurbanəli ayağa durur.)
N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm.
K o x a (gəlib qolundan tutur). Allahı sevərsən, məni yubandırma, dur gedək, heç şey yoxdur!
(Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.)
A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz!
Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var.... (Fikrə gedir.) Yox a kişi, birdən naçalnik məni görər, köhnə işlərdən yadına düşər, məni də tələyə salar. Yaxşısı (budur, yerimdə oturum. (Oturub çubuq çəkir.)
ALTINCI GƏLİŞ
Gülpəri tələsmiş içəri daxil olur.
G ü l p ə r i. Gördün hələ nə oldu? Hayıf sənə!Q u r b a n ə l i (ayağa durur). Ay arvad, nə var, nə olubdur?
G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Hayıf! (Guya şey üçün gəzir.)
Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur?
G ü l p ə r i. Məhəmməd oğlunun gəlini dəli olubdu!
Q u r b a n ə l i. Necə, dəli olubdu?
G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, hayıf sənə!
Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu?
G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı?
Q u r b a n ə l i. Axı, nədən olubdu?
G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan!
Q u r b a n ə l i. Hal anasındanmı?
G ü l p ə r i. Hə, һә! Yazıq! Hayıf sənə! (Dizinə vurur.)
Q u r b a n ə l i. Doğrudan da hayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu ki? Görübdü? O ki gözə görünməz?
G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar.
Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad!
G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar hamısı tökülüb dua yazırlar.
Q u r b a n ə l i. Yəni doğrumu deyirsən?
G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır!
Q u r b a n ə l i (tez ayağa durur). Ay, məiim başmaqlarım hardadı?
G ü l p ə r i (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin başına dəysin). Ala, andırlarını!
Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır.)
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-nadanliq-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Bağçada.B a h a d ı r (tək oturub əlində qəzet oxuyur. Bup az fikirdən sonra.) Avqust ayı da gəlib çatdı.... Günlərim, dəqiqələrim ciddi surətdə yeriş edir.... Mümkün olsaydı, dəqiqələrimi gün, günlərimi ay edərdim. Sona kimi təmiz, pakizə bir vücuddan ayrılmaq dəhşətli bir vaqiəyə hazırlaşmaq kimi nəzərə gəlir....
Üçüncü məclisSonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
Dördüncü məclisPeterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ
Beşinci məclisDəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Poems by other poets
آشفته و رسوای جهانم چه توان کرد؟
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.