Ana, mənə mahnı oxu
Ana, mənə mahnı oxu,Ana, getmə, yanımda qal.Gözlərimə qonsun yuxu,Ana, mənə bir layla çal.
Ana, mənə mahnı oxu,Göydə ulduzlar da yatsın.Ana, mənə bir layla çal,Ay da yumurlanıb batsın.
Yuxulasın meşə, dənizYuxulasın dünya səssiz.Yuxulayaq hər ikimiz.Ana, mənə mahnı oxu,Gözlərimə qonsun yuxu.
Yuxularım çiçək-çiçək,Qanadları zər kəpənək.Əsib gəlsin sərin külək,Ana, mənə bir layla çal.Gözlərimə qonsun yuxu,Ana, getmə, yanımda qal.Ana, mənə mahnı oxu.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-ana-mene-mahni-oxu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
باغ و بستان یافت دیگر ز ابر گوهر بار بار
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Küləkli havalarda, yağışlı havalardaKülək əsir... üşüyür yenə daş-divar,Səkilərin üstünə düşür damcılar,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm