(İlk şeirlərdən)

Sönür dünən gecə yandırdığın şam,Xəstəyəm, verən yox bir az su, ana.Vaqon yırğalayır səni bu axşam,Ey uzaq yolların yolçusu, ana.

Darıxır ürəyim, yanır nəfəsim,Başımın üstündə yoxdur bir kəsim.Qəlbimi köz kimi yandırır, səniBir daha görməmək qorxusu, ana.

Döyür pəncərəmi bir acı ruzgar,Bayırda bu axşam yenə boran var.Bürüyüb qəlbimi coşqun arzularÇəkilib gözümün yuxusu, ana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Övlad – ümiddir

“Koroğlu” dastanında maraqlı bir parça var; qılınc-qalxan cingiltisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları və zəfər təbillərinin gur səsi içindən qəflətən həzin, kədərli, qəlbin ən dərin guşələrindən gələn bir inilti eşidirik. Bu, analıq həsrətiylə yanan Nigarın səsidir. Nigar öz dərdini qoç Koroğluyla bölüşür:Necə baxım ev-eşiyə,

3 min
Qayınanalar da gəlin olub

Müharibə illəri tanışlardan birinin cəbhədən qara xəbəri gəldiyini eşidib onun evinə getdim. Darısqal otaqda gəlin-qayınana baş-başa verib xısın-xısın ağlayırdılar. Uşaqlar duyuq düşməsin deyə, yavaşdan, gileylənə-gileylənə ağlayırdılar. Ana oğlunun köynəyini bağrına basmışdı. Ölüm xəbəri tez yayılır. Qonşular eşidib gəldilər. Ana onları görəndə, “hər kəsin evində yarsız gəlini var, mən ona qurban” – deyib ağladı.Müharibənin yarsız qoyduğu gəlinlər... Onların sayı-hesabı yox idi.

6 min
Sağlıqla qal, yaxın qonşu!

Moskvadan bizi Türkiyəyə yola salan bir dostumuz “gələndə qərənfil gətirin”, – dedi. Dostumuzun arzusunu unutmamışdım. Biz Ankaranı tərk edib “Esen boğa” aerodromuna doğru yola düşəndə Türkiyənin qərənfilləri hələ yuxuda idi. Üfüqdən görünən ilk qızartılar şehli qərənfilləri oyatmağa gedirdi. Türklər laləyə gəlincik, yasəmənə leylak deyirlər. Asfalt yolun hər iki tərəfində yaşıl otlar və taxıllar arasından boylanan lalə-gəlinciklər bizə sanki salam göndərir, qara-qırmızı başlarını sübhün həzin nəsimi altında yırğalayırdılar. “Esen boğa” aerodromuna maşınla bizi Arif Heydərov gətirdi. Arifin nəzakətli bir diplomat və istiqanlı bir adam olduğu gözümdən qaçmamışdı. O bu səhərin, bu gözəl ayrılıq səhərinin poeziyasını duyaraq – baxın, nə gözəl səhərdir, – dedi. Doğrudan da səhərin çox təmiz gözəlliyi vardı. Belə həzin bir səhərdə dostlardan, əzizlərdən ayrılmaq çətin idi. Türk yazıçısı Rəşad Nurinin sözlərini xatırlayıram: insan yaşadığı yerlərə, bərabər bulunduğu insanlara görünməz tellərlə bağlıdır. Ayrılıq zamanı bu tellər gərilər, qopar, kaman telləri kimi sızlamağa başlarlar. Təyyarə meydanına addımladığım zaman ürəyimdə bu gərilib qopan kaman tellərinin acı sızıltısını duydum. Əlvida, Türkiyə, yaxın qonşu, sağlıqla qal! Yamacların, düzlərin həmişə lalə-gəlinciklərlə dolu olsun, leylak-yasəmənlərin həmişə ətir saçsın.Dünyada insanın xoşbəxt yaşaması üçün əsas şərtlərdən biri də qonşu ilə münasibətdir. Səhər-səhər evdən çıxıb işə gedəndə pilləkəndə üz-üzə gəldiyiniz qonşu gülərüzlə sizə – sabahınız xeyir, deyib, hal-əhval soruşsa evdən qanıqara çıxmış olsanız belə, könlünüz açılar, dodağınıza xoş təbəssüm qonar. Əgər bu sadə həqiqəti böyük siyasət aləminə keçirsək, demək olar ki, yaxın qonşularla münasibət yaxşı olsa, xalqlar da qorxusuz və rahat yaşar, dinc bir əhval ilə qurar, yaradar.

1 h 25 min
Qızıl lalə

Qızıl lalələr... O, sevgili başını, sizin gözəl sinənizə qoyduğu zaman, mən sizə nə qədər həsrət çəkmişdim...O, – sizi incitmək istəmirəm, – dedi. Başını mənim dizlərimə qoymadı... Qızıl lalələr, o, geniş və sağlam çiyinləri üstündəki vüqarlı başını sizin sinənizə endirdi... Onun qara qıvırcıq saçları sizin qanadlarınız arasına qarışdı.

2 min

Poems by other poets