Səkkiz on beş
Ağır matəm sükutu içindəsusur insanlar.Susur yer,susur göy,susur dəli ruzigar.Bir neçə an içindəyanıb külə dönənİki yüz min nəfərinfaciəsinəmatəm sükutu içindəBaş əyir dünya.Sevincləri ayrı,dərdi-qəmi bir dünya,Vətənimin elçisiAzərbaycan qızı
Sükut içində əyir başını,görən olmur onunQəzəbindən qurumuş göz yaşını.Şehli güllər o günhəyat eşqiləBaş qaldırmışdı torpaqdan.Qızlar, gəlinlərSəhər ehşiləçıxmışdı otaqdan.Bahar eşqilə oyanmışdı səhər.Bahar eşqiləqızarmışdı üfüqlər.Həyatbahar eşqiləsəslənirdi bu dəm,Arzular,xəyallar dünyasındaÇiçəklənirdi aləm.Səkkiz on beşdə başlandı bu yerin faciəsi.Səkkiz on beşdə qalxdı ərşəTorpağın naləsi.Göydən yerəod yağırdı,Alov püskürürdü torpaq.Bir an içindəiki yüz min insanın yerindəQuru bir kül qaldı ancaq.Yer ağladı,göy ağladı.Qarışdı insan müsibətinətəbiətin fəryadı.Bir an içindəməhv oldu həyatda,həyatın nemətləri də.İnsan arzuları,insan niyyətləri də.Yer yandı,Göy də yandı.Elmin bu müdhişixtirasının səsinəYatmış vicdanlar oyandı.Atom bombasıdarmadağın etdiTəqsirsiz, günahsız insanlarınisti ocağını.Viran qoyduhəyat eşqiləçırpınanların növrağını.Körpələr qırıldı,qocalar qırıldı.Yaşayan, nəfəs alanhər nə var, qırıldı.Diksindi dünyanın vicdanı,yeni bir lərzəyə saldıAtom bombasıqanlı divarlar içindəboğulan dünyanı.İndi o illərdənçox il keçib,Bu yerdən dənəsil gəlib, nəsil keçib.Dünyanın hər yerindənelçilər gəlir Xirosimaya.Toplaşır bu yerə,Elə bil o müdhiş faciəninMüsibətini yenidən duyur hərə.Səkkiz on beşdəsükut edirlər,Əyirlər başlarınıağır matəm içində.Ürəklər ağrıyırsonsuz bir qəm içində.Birləşir əllər,bükülür yumruqlar.
Sadə zəhmətkeş insanlarınqabarlı əlləriLənət yağdırır zülmətə, alqışlayır səhəri.Səkkiz on beşdəbirləşib sükut edir xalqlar.Bir də bu matəm sükutunu yaradanfaciələr olmasın deyə.Dostluq bağçasında açılançiçəklərsaralıb solmasın deyə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sekkiz-on-bes
Use ← → keys to move, R for a random poem