Sevgilim görüş istəyir
Sevgilim görüş istəyirbu axşam ay işığında.Əllərimi tutmaq istəyir əllərində,Lakin qəlbimin dərinliklərindəBaşqa birisinin həsrəti var,Çoxdan bəri çəkirəm intizar.Ona vurulmuş ürəyim...Ondan ayrılmamış bir annə arzum, nə diləyim...O, xəyanət sevməz,sədaqət istəyir.Bütün bir ömür boyuvəfa, hörmət istəyir.Gözləyirəm,saçlarımı daramamışam,Ayna qabağında verməmişəmözümə sığal,Bir az yorğunam,bir az əsəbi,Bəlkə üzmüş mənibütün günü gözlədiyim bu vüsal?
Çoxdan bəri sevdiyim,Çoxdan bəri intizar çəkdiyimnədən sual etmirsinizkimdir, kim?O gəlməyir,başını sinəm üstə qoyubdincəlməyir...Oturub bütün gecəniGözləyirəm,bütün bir ömür boyu,mənigözlədəni.Yuxusuz gözlərim qapanır,başım ağrıyır,ürəyim yanır.O gəlməyir,o sevməyir,pərişan xəyalları:O sevməyirsaçları daranmamışSəliqəsiz bir qadın otağına soxulmağıgecəyarı.Günəş sərir torpağaAl-əlvan telləriniSalamlayır yurdumun,Bəxtiyar səhərini.Torpağın nəfəsilə,körpələrin nəğməsilə,Sevgilimin əllərindəki hərarətlə,Günəşlə, baharla, məhəbbətləgəlir.Çoxdan bəri gözlədiyim,axtarıb izlədiyimHəyatla gəlir,Fərəhlə, qanadla gəlir,Çöllərin ətrilə,şer misralarıyla,romanların sətriylə.
Çıraqban şəhərləringecə mənzərəsiylə,Vətənimin qaynar,coşqun həyat səsiylə gəlir.Bu axşam,mehribanım, sevgilimilham!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sevgilim-gorus-isteyir
Use ← → keys to move, R for a random poem
More by this author
Qızıl lalələr... O, sevgili başını, sizin gözəl sinənizə qoyduğu zaman, mən sizə nə qədər həsrət çəkmişdim...O, – sizi incitmək istəmirəm, – dedi. Başını mənim dizlərimə qoymadı... Qızıl lalələr, o, geniş və sağlam çiyinləri üstündəki vüqarlı başını sizin sinənizə endirdi... Onun qara qıvırcıq saçları sizin qanadlarınız arasına qarışdı.
Yeni il gecəsindəAktrisa gözəl idi. Onun məlahətli səsi vardı. O, incə nəğmələrini oxuyanda salon dərin bir sükuta qərq olurdu. Aktrisanın məlahətli səsinə qulaq asanların üzünü daxili bir hərarət işıqlandırırdı. Tamaşaçılarını görür, hər birinin üzündəki fərəh ifadəsi ona coşqun ilham verirdi. Aktrisa oxuyurdu, onun nəğmələrində dağ havasının saflığı, sərin bulaqların zümzüməsi, hündür şəlalələrin əzəmətli duyulurdu.Lojalardan birisində orta yaşlı bir qadın, solğun üzünü əllərinə söykəyib fikirli-fikirli aktrisanın nəğmələrini dinləyirdi. Onun üzündə heç bir sevinc ifadəsi yox idi. O, elə bil ki, pəjmürdə xəyallarının kələfini bir yerə yığa bilmirdi... O düşünürdü ki, axı sənət gərək insanları xoşbəxt eləməyə qadir olsun, yaşamağa kömək eləsin, insan iztirabını azaltmaq üçün ən yaxın həmdəm olsun. Bəs nə üçün bu nəğmələr Fəridəyə sevinc vermədi? Bu aktrisanın nəğmələri, özü, onun bütün varlığı Fəridə üçün başdan-ayağa iztirab deyildimi?
Get, sevgilim, uğur olsun!Heç gözlərim yaşarmadısən ayrılıb gedən zaman,
Vətən qızlarıEy vətənin alnı açıq, südü təmiz mərd anası,Bizim yaşıl obaların cəsur qızı, şux sonası,
Poems by other poets
Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
Hələ ləng, ləng, ləngəmPəri balü bəstə darəm,Hələ ləng, ləng, ləngəm.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.