Saçların dağnıqmıdır, aləmmi, ya karım mənim?
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Saçların dağnıqmıdır, aləmmi, ya karım mənim?Qönçədən ağzınmı dar, ya qəlbi-qəmxarım mənim?
Gecə, ya qəlbimmidir, halımmı, ya xalın qara?Bal şirin, ya ləblərin, ya şəhdi-gövtarım mənim?
Ayla Gündür nur saçan, fikrimmi, ya hüsnün sənin?Tez dönən bəxtimmi, ya əhdin, ya rüzgarım mənim?
Əyilən vədənmidir, rəyinmidir, yoxsa belim?Sözlərin boşdur, güləkmi, yoxsa əşarım mənim?
Pərvin - ülkər yaxşımı, dürrü-sədəf, ya dişlərin,Qamətinmi, sərvmi düzdür, ya əfkarım mənim?
İsmətin, səbrimmi kəm, yoxsa gözəllərdə kərəm?De, sənin lütfünmü çox, ya dərdim, azarım mənim?
De, fələk çox qan tökür, sultan qılıncı, ya gözüm?Nazü qəmzəndir iti, xəncər, ya bazarım mənim?
Maqta — the closing couplet bearing the poet’s pen name. Qəlb açan vəslinmidir, yoxsa mənim şerim, sözüm,Can yaxan hicrinmidir, yoxsa bu ah-zarım mənim?
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-saclarin-dagniqmidir-alemmi-ya-karim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür,Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür.
GetdiNecə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
منم ز یار نگارین خود جدا ماندهبه دست هجر گرفتار و بینوا مانده
TəbrizimGüneyimdə mənim özüm,Şirin ləhcəm, şirin sözüm,