Sən könlümü almaq da dilərsənmi, a dilbər?
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Sən könlümü almaq da dilərsənmi, a dilbər?Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Bir xeyli zaman var ki, açılmır o gül ağzın,Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,Zülfün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Əqlə gələcək hər nə ki, divanələrin var,Ruyindən əgər olsa kənar o qara tellər.
Ruh nuş eləyər, ləli-ləbin badə verərsə,Çəng, ney, kaman inlər, göz olar onlara sağər.
Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,Mümkünsə, bizə lütf eləyib ruyini göstər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Tainki Nizami kimi hicranzadələr qoy,Bel bağlayaraq qulluğa, olsun sənə çakər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sen-konlumu-almaq-da-dilersenmi-a-dilber
Use ← → keys to move, R for a random poem
More by this author
برجوش دلا که وقت جوش استگویای جهان چرا خموش است
Layla and Majnun, chapter 9ای چارده ساله قرةالعینبالغ نظر علوم کونین
Layla and Majnun, chapter 10Saki, thou know'st I worship wine;Let that delicious cup be mine.
Layla and Majnun, chapter 11گویندهٔ داستان چنین گفتآن لحظه که دُر این سخن سفت
Poems by other poets · Love
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd