Sharafnama, chapter 60
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بیا ساقی آن خاک ظلمات رنگبجوی و بیار آب حیوان به چنگ
Saqi, bu zülmətə bənzər torpağıAraşdır, ver mənə həyat bulağı!
بدان آب روشن نظر کن مراوزین زندگی زندهتر کن مرا
O parlaq su ilə mənə sal nəzər,Bu həyatdan daha canlı həyat ver!
درین فصل فرخ ز نو تا کهنز تاریخ دهقان سرایم سخن
Bu bahar fəslində yeni və köhnəTarixdən başlaram gözəl təranə.
گزارنده دهقان چنین درنوشتکه اول شب ازماه اردی بهشت
Rəvayət eyləmiş sınaqlı dehqan:Yazın ilk gecəsi ulu hökmüran
سکندر به تاریکی آورد رایکه خاطر ز تاریکی آید بجای
Zülmata getməyə əzm etdi artıq,Fikri təskin edər hər bir qaranlıq.
نبینی کزین قفل زرین کلیدبه تاریکی آرند جوهر پدید
Günəşi qıfıla vurunca göylər,Qaranlıq içində doğar min gövhər.
کسی کاب حیوان کند جای خویشسزد گر حجابی برآرد ز پیش
Bu həyat suyunda kim etsə məskən,Gərəkdir bir pərdə çəksin önündən.
نشینندهٔ حوضهٔ آبگیرز نیلی حجابی ندارد گزیر
Çimənlər bu duru, saf çeşmələrdəGərəkdir üzünə çəksin bir pərdə.
سکندر چو آهنگ ظلمات کردعنایت به ترک مهمات کرد
İskəndər zülmata edərkən səfər,Söylədi: “Artıqdır bu mühüm şeylər!”
عنان کرد سوی سیاهی رهانهان شد چو مه در دم اژدها
Cilovu buraxdı “zülmat” deyərək,Əjdər quyruğunda gizləndi Aytək.
چنان داد فرمان در آن راه نوکه خضر پیمبر بود پیشرو
Söylədi o zaman böyük İskəndər,Ona rəhbər olsun Xızır peyğəmbər.
شتابنده خنگی که در زیر داشتبدو داد کو زهره شیر داشت
Atı Xızra verdi böyük tacidar,Bilirdi onda bir aslan qəlbi var.
بدان تا بدان ترکتازی کندسوی آبخور چاره سازی کند
Verdi ki, bu yolda səyirtsin onu,Onunla tapsın bu həyat suyunu,
یکی گوهرش داد کاندر مغاکبه آب آزمودن شدی تابناک
Çuxurlar parladan bir gövhər verdi,Çeşmələr arayan bir rəhbər verdi.
بدو گفت کاین راه را پیش و پستویی پیشرو نیست پیش از تو کس
Dedi ki: “Bu yolun hər tərəfinəHəqiqi bir rəhbər özünsən yenə!
جریده به هرسو عنان تاز کنبه هشیار مغزی نظر باز کن
Cilovu hər yana istərsən burax,Aç ağıl gözünü, ayıq ol ancaq!
کجا آب حیوان برآرد فروغکه رخشنده گوهر نگوید دروغ
O çeşmə nə yerdə olsa aşikar,Aldatmaz səni bu gövhər, parıldar.
بخور چون تو خوردی به نیک اخترینشان ده مرا تا ز من برخوری
Uğurla iç haman uğurlu sudan,Mənə də göstər ki, yeyəsən ehsan”.
به فرمان او خضر خضرا خرامبه آهنگ پیشینه برداشت گام
Göy gərdişli Xızır haman fərmanlaAhəngi pozmadan üz qoydu yola.
ز هنجار لشگر به یک سو فتادنظرها به همت ز هر سو گشاد
Ordudan ayrıldı, irəli getdi,Hər yana himmətlə bir nəzər etdi.
چو بسیار جست آب را در نهفتنمی شد لب تشنه با آب جفت
Su üçün dolandı bütün bucağı,Çatmadı suya o susuz dodağı.
فروزنده گوهر ز دستش بتافتفرو دید خضر آنچه می جست یافت
Əlində parladı parlayan gövhər,Tapıldı nəhayət aranan gövhər.
پدید آمد آن چشمهٔ سیم رنگچو سیمی که پالاید از ناف سنگ
Gümüş rəngli çeşmə axırdı şən-şən,Süzülən gümüştək daş göbəyindən.
نه چشمه که آن زین سخن دور بودوگر بود هم چشمهٔ نور بود
Bu çeşmə tərifdən uzaqdı, uzaq.Bir nur çeşməsiydi bu qaynar bulaq.
ستاره چگونه بود صبحگاهچنان بود اگر صبح باشد پگاه
Bir ulduz nə sayaq olursa səhər,O parlaq çeşmə də olur o təhər.
به شب ماه ناکاسته چون بودچنان بود اگر مه به افزون بود
Hələ bədr olmadan nura dolsa Ay,Eləydi bir az da böyük olsa Ay.
ز جنبش نبد یک دم آرام گیرچو سیماب بردست مفلوج پیر
Qaynayır, durmayır öz mənzilində,Sanki bir civədir iflic əlində.
ندانم که از پاکی پیکرشچو مانندگی سازم از جوهرش
O qədər parlaqdır bu lətif cövhər,Dünyada yox ona bənzəyən gövhər.
نیاید ز هر جوهر آن نور و تابهم آتش توان خواند یعنی هم آب
Yox başqa gövhərdə bu nur, bu günəş,Ona həm su demək olur, həm atəş.
چو با چشمهٔ خضر آشنائی گرفتبدو چشم او روشنایی گرفت
Xızr həyat suyunu tapınca artıq.Hər iki gözünə doldu bir işıq.
فرود آمد و جامه برکند چستسر و تن بدان چشمهٔ پاک شست
Aşağı enərək dərhal soyundu,Doyunca həm çimdi, həm da yuyundu.
وزو خورد چندانکه بر کار شدحیات ابد را سزاوار شد
Doyunca içdi o, həyat suyundan,Əbədi həyata çatdı arayan.
همان خنگ را شست و سیراب کردمی ناب در نقرهٔ ناب کرد
Atına içirdi, çimdirdi onu,Tökdü ağ qədəhə həyat suyunu.
نشست از بر خنگ صحرا نوردهمی داشت دیده بدان آب خورد
Atının yanında oturdu bir an,Göz götürməz oldu o aydın sudan.
که تا چون شه آید به فرخنگیبگوید که هان چشمهٔ زندگی
İstədi gəlincə yoldan İskəndər,Desin: “Həyat suyu budur, qıl nəzər!”
چو در چشمه یک چشم زد بنگریدشد آن چشمه از چشم او ناپدید
Bir daha çeşməyə göz gəzdirərkən,Dirilik çeşməsi yox oldu gözdən.
بدانست خضر از سر آگهیکه اسکندر از چشمه ماند تهی
Dərhal bu iş oldu Xızr üçün məlum:İskəndər o sudan qalacaq məhrum.
ز محرومی او نه از خشم اونهان گشت چون چشمه از چشم او
Qorxmadı, utandı o İskəndərdən,Xızr da su kimi itdi gözlərdən.
در این داستان رومیان کهنبه نوعی دگر گفتهاند این سخن
Söylənən sözləri rumlu ravilərBaşqa bir şəkildə rəvayət edər:
که الیاس با خضر همراه بوددر آن چشمه کو بر گذرگاه بود
Bu yolda İlyasla Xızır yoldaşdı,Çeşməyə gedərkən dostlar yanaşdı.
چوبا یکدگر هم درود آمدندبدان آب چشمه فرود آمدند
Görüşdü hər iki sevimli rəhbər,Çeşməyə çatınca atdan endilər.
گشادند سفره بران چشمه سارکه چشمه کند خورد را خوشگوار
O bulaq başında açdılar süfrə,Bulaq başı verir dad yeməklərə.
بران نان کو بویاتر از مشک بودنمک یافته ماهیی خشک بود
Süfrədə çörəkdən ətir qalxardı,Duzlanmış qupquru bir balıq vardı.
ز دست یکی زان دو فرخ همالدرافتاد ماهی در آب زلال
Birisi əyildi su içsin deyə,Əlindan o balıq düşdü çeşməyə,
بسیچنده در آب پیروزه رنگبسیچید تا ماهی آرد به چنگ
Cumdu o firuzə rəngli bulağa,Əl atmaq istədi üzən balığa.
چو ماهی به چنگ آمدش زنده بودپژوهنده را فال فرخنده بود
Tutunca gördü ki, diridir balıq.Uğurlu bir fala sevindi artıq.
بدانست کان چشمهٔ جان فرایبه آب حیات آمدش رهنمای
Bildi ki, can verən bu parlaq bulaqAranan dirilik suyudur ancaq.
بخورد آب حیوان به فرخندگیبقای ابد یافت در زندگی
Həyat çeşməsindən içdi doyduqca,Bir həyat qazandı dünya durduqca.
همان یار خود را خبردار کردکه او نیز خورد آب ازان آب خورد
Dostuna tez xəbər verdi bu zaman,İçdi bu əbədi həyat suyundan.
شگفتی نشد کاب حیوان گهرکند ماهی مرده را جانور
Təəccüb etmə o gümüş bulağa,Yenidən can verdi ölü balığa.
شگفتی در آن ماهی مرده بودکه بر چشمهٔ زندگی ره نمود
Təəccüb bundadır: bir ölü balıqDirilik suyuna yol açdı artıq.
ز ماهی و آن آب گوهر فشاندگر داد تاریخ تازی نشان
Bu quru balıqdan, həyat suyundanƏrəblər nəql edir başqa bir dastan:
که بود آب حیوان دگر جایگاهمجوسی و رومی غلط کرد راه
Başqa bir yerdəymiş həyat çeşməsi,Yol azmış məcusun, Rumun dəstəsi.
گر آبیست روشن در این تیره خاکغلط کردن آبخوردش چه باک
Tutaq ki, zülmatda həyat suyu var,Yol açan içməzsə kimdir günahkar?
چو الیاس و خضر آبخور یافتنداز آن تشنگان روی برتافتند
Xızr, İlyas kam aldı həyat suyundan,Ancaq vermədilər özgəyə nişan.
ز شادابی کام آن سرگذشتیکی شد به دریا یکی شد به دشت
Biri kam alaraq döndü səhraya,Biri də içərək cumdu dəryaya.
ز یک چشمه رویا شده دانه شاندو چشمه شده آسیا خانه شان
Dənləri bir sudan içib boy atdı,Ancaq onu iki dəyirman dartdı.
سکندر به امید آب حیاتهمی کرد در رنج و سختی ثبات
Çeşməni keçirmək fikriylə ələ,İskəndər at çapdı min zəhmət ilə.
سر خویش را سبزی از چشمه جستکه سیرابتر سبزی از چشمه رست
Dirilik verən bir çeşmə dilərkən,Çeşmədən göyərdi sulu bir çəmən.
چهل روز در جستن چشمه راندبر او سایه نفکند و در سایه ماند
Çeşməni ararkən qırx gün at saldı,Onu tapmayaraq kölgədə qaldı.
مگر کرمیی در دل تنگ داشتکه بر چشمه و سایه آهنگ داشت
Atəşmi düşmüşdü şah ürəyinə,Uymuşdu çeşmənin xoş ahənginə.
ز چشمه نه سایه رسد بلکه نورولی کم بود چشمه از سایه دور
Çeşmədən kölgə yox, gümüş nur çıxar,Ancaq çox az olur kölgəsiz sular.
اگر چشمه با سایه بودی صوابکجا سایه با چشمهٔ آفتاب
Çeşməyə lazımsa onun kölgəsi,Neçin kölgəsizdir Günəş çeşməsi?
چو چشمه ز خورشید شد خوشگوارچرا زیرسایه شدآن چشمه سار
İçməli olursa çeşmə Günəşdən,Kölgədə qalmışdır o çeşmə nədən?
بلی چشمه را سایه بهتر ز گردکزان هست شوریده زین هست سرد
Çeşmədə kölgəlik yaxşıdır tozdan,Bunda sərinlik var, onda həyəcan.
فرو ماند خسرو در آن سایگاهچو سایه شده روز بر وی سیاه
Şah o kölgəlikdə tapmadı çara,Gündüzü olmuşdur kölgədən qara.
به امید آن کاب حیوان خوردکه هر کس که بینی غم جان خورد
Əbədi həyata ümid bəslərkən,İndi can qayğısı çəkir hər yetən.
از آن ره که او عمر پرداز گشتچو نومید شد عاقبت بازگشت
Padşahın ümidi söndüyü zamanQayıtmaq istədi gəldiyi yoldan.
در آن غم که تدبیر چون آوردکز آن سایه خود را برون آورد
Düşündü, nə tədbir eləsin barı,Qaranlıq kölgədən çıxsın dişarı.
سروشی در آن راهش آمد به پیشبمالید بر دست او دست خویش
O yolda qarşıya çıxdı bir mələk,Padşahın əlinə o əl çəkərək,
جهان گفت یکسر گرفتی تمامنئی سیر مغز از هوسهای خام
Dedi: “Bu dünyanı keçirdin ələ,Belə çiy xülyadan doymadın hələ?”
بدو داد سنگی کم از یک پشیزکه این سنگرا دار با خود عزیز
Ovcuna buraxdı pul qədər bir daş,Dedi: “Tut bu daşı canından da baş!
در آن کوش از این خانهٔ سنگ بستکه همسنگ این سنگی آری بدست
Bu daşlıq dünyada çalış, tök tədbir,Bu ağırlıqda daş əlinə keçir!
همانا کز آشوب چندین هوسبه هم سنگ او سیر گردی و بس
Qəlbində minlərlə olsa da dilək,Bu daşın tayıyla doyarsan, bişəkk...”
ستد سنگ ازو شهریار جهانسپارندهٔ سنگ از او شد نهان
O daşı İskəndər aldı mələkdən,Gözündə yox oldu ona daş verən.
شتابنده می شد در آن تیرگیخطر در دل و در نظر خیرگی
O zülmət içində çapdı İskəndər,Gözündə bir zülmət, könüldə kədər.
یکی هاتف از گوشه آواز دادکه روزی به هر کس خطی باز داد
Bir hatif səsləndi ona qeybdən:“Qisməti hər kəsə yazıdır verən!
سکندر که جست آب حیوان ندیدنجسته به خضر آب حیوان رسید
İskəndər zülmətə doğru at çapar,Xızr isə çeşməni işıqda tapar.
سکندر به تاریکی آرد شتابره روشنی خضر یابد بر اب
Ararkən tapmadı çeşmə İskəndər,Xızra qismət oldu, gördü çox səmər.
به حلوا پزی صد کس آتش کندبه حلوا دهان را یکی خوش کند
Yüzü halva üçün yandırar ocaq,Halva şirin eylər bir ağzı ancaq”.
دگر هاتفی گفت کای اهل رومفروزنده ریگیست این ریگ بوم
Başqa bir səs gəldi ki: “Ey əhli-Rum!Bu gözəl ölkədə var parlayan qum.
پشیمان شود هر که بردارشپشیمانتر آنکس که بگذاردش
Peşiman olacaq onu götürən,Dizinə vuracaq heç götürməyən”.
ازان هر کس افکند در رخت خویشبه اندازهٔ طالع و بخت خویش
Keçirkən parlayan qumdan hər nəfərGötürdü bəxtinə görə bir qədər.
شگفتی بسی دید شه در نهفتکه نتوان ازان ده یکی باز گفت
O yerdə şah gördü çox hikmət, çox razKi, ondan birini söyləmək olmaz!
حدیث سرافیل و آوای صورنگفتم که ده میشد از راه دور
İsrafildən, Surdan bir bəhs açaraq,Demədim, məqsəddən düşməyim uzaq.
چو گوینده دیگر آن کان گشاداساسی دگر باره نتوان نهاد
Açmış bu mədəni başqa bir şair,Yenidən bir əsas qurmaq çətindir.
چو با چشمه شه آشنائی نیافتسوی چشمهٔ روشنایی شتافت
Əli çatmayınca həyat suyuna,Qayıtdı şah işıq çeşmə yoluna.
سپه نیز بر حکم فرمان شاهبه باز آمدن برگرفتند راه
İskəndər orduya verincə fərman,İşığa döndülər zülmət yolundan.
همان پویه در راه نوشد که بودهمان مادیان پیشرو شد که بود
O yeni cığırla gəldiyi yoldanBələdçi olmuşdur o dərdli madyan.
چهل روز دیگر چو رفت از شمارپدید آمد آن تیرگی را کنار
Qırx gün yol getdikdən sonra qaranlıqGetdikcə çəkildi, göründü işıq.
برون آمد از زیر ابر آفتابز بی آبی اندام خسرو در آب
Al Günəş buluddan çıxdığı zamanQan-tərə batmışdı o susuzluqdan.
دوید از پس آنچه روزی نبودچو روزی نباشد دویدن چه سود
Qismətsiz bir şeyə göstərdi həvəs,Qismətin deyilsə çalışma əbəs!
به دنبال روزی چه باید دویدتو بنشین که خود روزی آید پدید
Ruzi arxasınca qaçmaq nə gərək!Sən otur, ruzinin özü gələcək.
یکی تخم کارد یکی بدرودهمایون کسی کاین سخن بشنود
Biri toxum səpər, o biri biçər,Bəxtiyar odur ki, bu sözü dinlər.
نشاید همه کشتن از بهر خویشکه روزی خورانند از اندازه بیش
Hər şeyi özünçün əkmək nə yarar?Dünyada hesabsız ruzi yeyən var!
ز باغی که پیشینگان کاشتندپس آیندگان میوه برداشتند
Keçənlər zəhmətlə əkdiyi bağdanGələnlər meyvəni dərmiş hər zaman.
چو کشته شد از بهر ما چند چیزز بهر کسان ما بکاریم نیز
Keçənlər bir çox şey əkmişdir bizə,Biz də əkməliyik gənc nəslimizə.
چو در کشت و کار جهان بنگریمهمه ده کشاورز یکدیگریم
Dünya bir tarladır, diqqətlə baxsaq,Hamı bir-birinə cütcüdür ancaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-60
Use ← → keys to move, R for a random poem
More by this author
چو رود باربد این پرده پرداختنکیسا زود چنگ خویش بنواخت
Khosrow and Shirin, chapter 85نکیسا چون زد این افسانه بر سازستای باربد برداشت آواز
Khosrow and Shirin, chapter 86نکیسا در ترنم جادوی ساختپس آنگه این غزل در راهَوی ساخت
Khosrow and Shirin, chapter 87نکیسا چون ز شاه آتش برانگیختستای باربد آبی بر او ریخت
Poems by other poets · Nature and spring
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Sənə bu hüsn, xəyal eyləmə müdam qalırSənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!