بیا ساقی آن باده بردار زودکه بی باده شادی نشاید نمود

Ey saqi, dayanma, qədəhi gətir!Qədəhsiz şənlənmək mümkün deyildir.

به یک جرعه زان باده یاریم دهز چنگ اجل رستگاریم ده

Ver, bir qurtum içim, gətir kuzəni,Əcəl pəncəsindən, gəl, qurtar məni.

مژه تا به‌هم بر زنی روزگاربه صد نیک و بد باشد آموزگار

Bir kirpik vurunca bu acı dövran,Hər yerdə törədir yüz yaxşı-yaman.

سری را کند بر زمین پای بندسری را برآرد به چرخ بلند

Birinin başını bağlayır yerə,Birini qaldırır uca göylərə.

درآرد ز منظر یکی را به چاهبرآرد ز ماهی یکی را به ماه

Birini günbəddən salır quyuya,Birini balıqdan ucaldır Aya.

کند هر زمان چند بازی بسیچسرانجام بازیش هیچست هیچ

Hər anda başlayır canbaz oyunu,Bu dünya bir heçdir, həm heçdir sonu.

از این توسنی به که باشیم رامکه سیلی خورد مرکب بد لگام

Dikbaşlıq yaramaz, uyuşmaq gərək,Dikbaş at hər zaman qırmanc yeyəcək.

چو تازی فرس بدلگامی کندخر مصریان را گرامی کند

Dikbaşlıq edərsə ən gözəl bir atMisir eşşəyindən əskikdir qat-qat.

جهان در جهان خلق بسیار دیدرمید از همه با کسی نارمید

Bu dünya dünyaca görmüşdür adam,Ürkərək kimsəyə olmamışdır ram.

جهان آن کسی راست کاندر جهانشود آگه از کار کارآگهان

Elə kimsənindir belə ruzigar,Anlayan kəslərin işini anlar.

گزارش چنین شد درین کارآگاهکه چون زد در آن غار شه بارگاه

Rəvayət edənlər belə anladır:Mağara yanında qurunca çadır,

بسی گنج در کار آن غار کردوزان غار شهری چو بلغار کرد

Təmirə xəzinə tökdü tacidar,Saldığı o şəhər adlandı: Bulğar.

ز بلغار فرخ درآمد به روسبراراست آن مرز را چون عروس

Bulğardan keçərək ruslar elinə,Döndərdi o mülkü şən bir gəlinə.

وز آنجا درآمد به دریای رومبرون برد کشتی به آباد بوم

Oradan qayıtdı Rum dənizinə,Yelkənlərlə çıxdı öz ölkəsinə.

بزرگان روم آگهی یافتندسوی رایت شاه بشتافتند

Bir xəbər tutunca Rum başçılarıAxışdı müzəffər bayrağa sarı.

به شکرانه جان را کشیدند پیشچو دیدند روی خداوند خویش

Hər kəs öz şahını qalib görüncə,Şükürlər edərək daldı sevincə.

همه خاک روم از ره آورد شاهبرافروخت چون شب به رخشنده ماه

Şahın gəlməsiylə Yunan ölkəsiAy kimi nur saçdı, güldü çöhrəsi.

چو یاقوت شد روی هر جوهریز یاقوت ظلمات اسکندری

İskəndər gətirən zülmət daşındanYaqut rəngi aldı cavahir satan.

در آرایش آمد همه روی شهرزمین یافت از گنج پوشیده بهر

Aldı o sərvətdən şəhərlər zinət,Yerlər xəzinədən tutdu bərəkət.

بهشتی ز هر قصری انگیختندزر و سیم را بر زمین ریختند

Axdı hər qəsrdən cənnət sevinci,Yerlərə tökdülər qızıl, ləl, inci.

شکستند قفل در گنج راجهان قفل بر زد در رنج را

Xəzinə ağzından qırıldı qıfıl,Zillət qapısına vuruldu qıfıl.

به برج خود آمد فروزنده ماهبسر بر چو خورشید چینی کلاه

Ay kimi gəldi öz bürcünə o şah,Başında Günəştək çinli bir külah.

شه از روم شد با زمین خویش بودبه روم آمد از آسمان بیش بود

Şah Rumdan gedərkən bənzərdi yerə,Dönərkən sığmadı uca göylərə.

چو آبی که ابرش به بالا بردبه باز آمدن در به دریا برد

Bulud ki, göylərə su ilə gedər,Dönərkən dənizə saf inci səpər.

نشست از بر تخت یونان به نازبرآسود ازان رنج و راه دراز

Şah Yunan taxtına oturdu şən-şən,Dincəldi yolların zəhmətlərindən.

ز دل دامن هفت کشور گذاشتبه هر کشوری نایبی برگماشت

Şah yeddi ölkənin fikrindən doydu,Hər bir məmləkətdə bir nayib qoydu.

ملوک طوایف به فرمان اوکمر بسته بر عهد و پیمان او

Şahlıqlar baş əydi hər fərmanına,Sədaqət göstərdi hər peymanına.

به تشریف او سرفراز آمدندسوی کشور خویش باز آمدند

Şahın gəlməsiylə ucaldı onlar,Hər kəs öz mülkünə döndü bəxtiyar.

جداگانه هرکس به کبر و کشیبرآورده گردن به گردن کشی

Hər biri təklikdə şahlıq edərdi,Başını dik tutub, asıb-kəsərdi.

کسی گردن خود کسی را ندادبه خود هر کسی گردنی برگشاد

Boynunu əymədi kimsə kimsəyə,Hər biri başını ucaltdı göyə.

به یاد سکندر گرفتند جامجز او هیچکس را نبردند نام

İskəndər adına qədəh qaldırır,İçərkən hər biri tək onu anır.

چو شه باز بر تخت یونان رسیدبدو داد گنج سعادت کلید

Şah Yunan taxtına oturdu yenə,Bəxtin açarını aldı əlinə.

ز دانش بسی مایه ها ساز کرددر حکمت ایزدی باز کرد

Dünyaya elmlər, biliklər saçdı,Tanrı hikmətindən qapılar açdı.

چو فرمان رسیدش به پیغمبرینپیچید گردن ز فرمانبری

Getdi haqq əmriylə peyğəmbərliyə,Hörmətlə baş əydi “fərmandır” deyə.

دگر باره زاد سفر برگرفتحساب جهان گشتن از سر گرفت

Yenidan başladı şah hazırlığa,Dünyanı dolaşdı başdan-ayağa.

دو نوبت جهان را جهاندار گشتیکی شهر و کشور یکی کوه و دشت

İki dəfə səfər etdi İskəndər,Birində çöl gəzdi, birində şəhər.

بدین نوبت آن بود کاباد بومهمه یک به یک دید و آمد به روم

Birində dolaşdı abad yerləri,Yenə Ruma döndü Rumun sərvəri.

دگر نوبت آن شد که بی‌راه و راهروان کرد رایت چو خورشید و ماه

Birində yolsuz hər çölü, hər dağıKeçdi Ay, Günəştək onun bayrağı.

چو زین بزمگه باز پرداختمشکر ریز بزمی دگر ساختم

Birinci məclisi bitirdim artıq,İkinci məclisə vurdum yaraşıq.

سخنهای بزمی درین نیم درجبسی کردم از بکر اندیشه خرج

Bu “Şərəfnamə”nin məclisində mənSaçmışam ən incə, bakir sözlərdən.

گر آن در که یک یک در او بسته‌امبه هر مطلعی باز پیوسته‌ام

Ona bağladığım incə incilər,Hər dastan başında saçdığım gövhər,

به یک جای در رشته آرند بازپر از در شود رشتهٔ عقد ساز

Bir yerdə bir telə düzülsə bunlar,O tel ən parlayan inciylə dolar.

جداگانه فهرست هر پیکریز قانون حکمت بود دفتری

Hər dastan başında mənalı sözlər,Hikmətə dair bir başlıca dəftər.

همان ساقیان و گزارشگرانکه بر هم نشاندم کران تا کران

Tarixə ən tanış o saqiləri,Aldım iş başına hər bir rəhbəri.

نشیننده هر یک ز روی قیاسچو بر گنج گوهر نگهبان پاس

Oturan göz oldu bu biliklərə,Xəznədə keşikçi oldu gövhərə.

که داند چنین نقشی انگیختنبدین دلبری رنگی آمیختن

Belə incə nəqşi kim qura bilər?Bu gözəl rəngləri kim vura bilər?

چنان بستم ابریشم ساز اوکه از زهره خوشتر شد آواز او

Sazına bağladım elə incə tel,Olmuş hər nəğməsi Zöhrədən gözəl.

به جائی که ناراستی یافتمبر او زیور راستی بافتم

Hər yerdə bir yanlış gördüm, silərəkToxudum ona ən doğru bir bəzək.

سخن کان نه بر راستی ره بردبود خوار اگر پایه بر مه برد

Doğruluq yolunu tutmayan sözlərAya ucalsa da qiymətdən düşər.

کجا پیش پیرای پیر کهنغلط رانده بود از درستی سخن

Hər yerdə o qoca, o sənət əriYanlış söyləmişdi doğru sözləri,

غلط گفته را تازه کردم طرازبدین عذر وا گفتم آن گفته باز

Yanlışa yenidən vurdum bir bəzəkO qoca şairdən üzr istəyərək.

چو شد نیمه‌ای ز این بنا مهره بستمرا نیمهٔ عالم آمد به دست

Çatınca sona bu binanın nisfi,Verildi mənə bu dünyanın nisfi.

دگر نیمه را گر بود روزگارچنان گویم از طبع آموزگار

O biri nisfini, zaman olsa yar,Təbimlə bəzərəm elə bil gülzar.

که خواننده را سر برآرد ز خواببه رقص آورد ماهیان را در آب

Oxucu yuxudan qalxar bu səsə,Balığı dənizdə gətirər rəqsə.

زمانه گرم داد خواهد امانچنین آمد اندیشه را در گمان

Zəmanə azacıq verərsə aman,Şüurum söz verir mənə, var güman.

که در باغ این نقش رومی نوردگل سرخ رویانم از خاک زرد

Bu Rumi qılıqlı, naxışlı bağdaAl güllər göyərdim sarı torpaqda.

کنم گنجی از سفته طبع پرچو فیروزه فیروز و دری چو در

Ən parlaq firuzə və incilərdənXəzinə doldurum, şaşırsın görən.

ز هر باغی آرم گلی نغز بویز هر گل گلابی درآرم به جوی

Hər bağdan bir çiçək alaraq bəhrə,Hər güldən bir gülab axıdım nəhrə.

گر اقبال شه باشدم دستگیرسخن زود گردد گزارش پذیر

Padşahın taleyi edərsə kömək,Sözlərim düzülər incə incitək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets