Roma papası Müttəfiq Şuralar cümhuriyyətləri ilə Romanya arasındakı ixtilafın sülh ilə həll olunması üçün kilsələrdə dua olunmasına əmr eləmişdir.

Bir tərəf ali kral Milrandan istimdad edər,
Məmləkət ilhaq üçün antantalar icad edər.

Bir tərəfdə pop yapışmışdır kəlisa zənkinə
Güc verir popluq kəlisada, duada, ənkinə
Mərhəba olsun diri peyğəmbərin son rənginə
İndi də ayini-ruhani qurub bünyad edər
Diplomatlardan küsüb allahdan istimdad edər.

Başlasa bişək kəlisada manaxlar zümzümə
Eşqin izhar eyləsə xəlvət cənabi Məryəmə
Göydə İsaya yetişsə şübhəsiz bu həmhəmə
Rəhm edib insanları qan tökmədən azad edər
Sülh bərpasında hər cür çarələr icad edər.

Allah olsun vasitə, bitsin gərək bu məsələ
Diplomatlardan nəcat olmaz daha bundan belə
Versə ilhaqa riza ruslar bitər bu məşğələ
E’tiqad etməklə allaha böyük bir ad edər
Mülkünü verməklə kəndisin dəxi azad edər.

Bilsə ki, şuralı dövlətlər edir poplar dua
Etməz öz mülkün ruminlərdən yəqin kim iddia
Çünkü var şuradə dinə ən böyük bir «e’tina»
Gündə allahı, kəlisanı, sevib dəryad edər
Hər nə iş düşsə fəqət Məryəmdən istimdad edər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire