Edərəm
Parisdə olan Əhməd şah İranın dəmir yol çəkmək istədiyi cavahirləri satıb eyşü işrət edir, qumara uduzur.
Şah babamtək gəzərəm aləmi, cövlan edərəm
Gündə qırx-əlli qadın vəslimə mehman edərəm.
Millət istərdi dəmir yol çəkələr məmləkətə
Satalar daş-qaşı, sərf eyləyələr bu cəhətə
Kəf gedib onlara mən, var-yoxu saldım səbətə,
Sataraq burdakı arvadlara ehsan edərəm
Gündə qırx-əlli fəqir övrəti mehman edərəm.
Çəkərəm burda dəmir yol nə qədər olsa yaşım,
Nə qədər var kafe-şantan yığışır daşu-qaşım,
O qədər siğə düşüb üstümə lap çaşdı başım
Olduğum mənzilimi burda Xorasan edərəm,
Gündə qırx-əlli qadın vəslimə mehman edərəm.
Bütün arvadlara sahib çıxaram, var hünərim,
Məni hər işdə müvəffəq çıxarır son səfərim,
Sinələrdə dolaşır doğrusu bu tac-sərim,
Harda yatsam oranı döndərib İran edərəm,
Orda qırx-əlli qadın vəslimə mehman edərəm.
Şef seçiblər məni var harda bir əxlaqı təmiz
Qumara saldıla şah həzrətini bihəmə çiz
Vətənimdən də gözəl zatımı bəsləllə əziz
Özümə mən buranı doğrusu Tehran edərəm
Gündə qırx-əlli qadın vəslimə mehman edərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ederem-2
Use ← → keys to move, R for a random poem
More by this author
– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
I. QonaqlarCənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
Poems by other poets · Satire
Baş tutdu müəllimlərin iclasi-siyezdi,Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Lazımdır utanmaqSən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
Yad adamDəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.