İbadət
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.
Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Bir gün getdim məscidə. Məscidə girəndə əvvəl sağ ayağımı qoydum və sonra girib oturdum və fikrimdə də qoymuşdum ki, çıxanda sol ayağım ilə çıxım. Bəli, oturdum. Şəbih gətirirdilər, çünki məhərrəmlik idi.
Məscid tamam oldu, a başınıza dönüm, camaat hücum çəkdi qapıya. Mən də istədim çıxam, amma bunu da yadımda saxlamışdım ki, gərək sol ayağım ilə çıxam. Bəli, mən yeridim qapıya tərəf, camaaq qoyurmu? Bu onu basır, o bunu basır, mən də bunu yadımda saxlamışam ki, gərək sol ayağım ilə çıxam. Adam da ki, elə ha basır, mən istədim ki, qayıdıb gözləyəm ki, camaat çıxsın, sonra mən də çıxım, mümkündümü dalı çəkilmək!
Bəli, gördüm ki, dal tərəfdən məni basırlar qabağa. Yeridim qabağa, heç bilmirəm hara yeriyirəm, çünki adamlar minib biri-birinin üstünə. Gərəz, məni basdılar qabağa, bir adam da dal tərəfdən məni hey bizliyir ki, tez ol get qabağa. Deyirəm, ay qardaş, qabağa getmək mümkündümü gedim qabağa? Bu heynidə bir adam atılıb mindi mənim boynuma. Dedim, eybi yoxdur, müsəlman məscidində belə işlər də olar. Müxtəsər, basdılar, basdılar, basdılar, bir də gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına çığırır. Dedim, ay qardaşlar, bu uşaq tələf olar eşidən kim? Nə başınızı ağrıdım, yarım saat qədərincə qaldım bu mançanağın içində. Axırda birdən üzüquylu yıxıldım qapının astanasına. Bir-iki adam da mənim üstümdən ayaqlayıb keçdi, amma çıxdım...
Bəli, çıxdım eşikə, bir nəfəsimi aldım. Camaat da belə çığırır, belə bağırır, biri urra çəkir, biri uşkürük atır, biri papağını göyə tullayır, biri-birinin boynuna tullanır, biri qaçır, biri qovalayır. Birdən mənim yadıma düşdü ki, gərək sol ayağım ilə məsciddən çıxaydım. Amma yadımda qalmadı hansı ayağım ilə çıxdım.
Bunlar hamısı ötüşər, amma ürəyimdə bircə dərd qaldı. Çünki bilmədim hansı ayağım ilə məsciddən çıxdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ibadet
Use ← → keys to move, R for a random poem
More by this author
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Tazə xəbərlər«Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı.Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş.
Azərbaycan padşahlarıHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Azərbaycanda necə padşah var?
Millət atalarıHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mə’lumdur ki, indi çox yerdə millət ataları bu fikrə düşüblər ki, milləti qabağa aparsınlar və gecə-gündüz gah bu evə, gah o evə cəm olurlar ki, məsləhət eləyib bir iş görsünlər.
Poems by other poets · Satire
Qoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Yenə hər guşədə bir tazə cəmaət görünür!