Ana dili
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:
Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Qazı içəri girən kimi mən qabağa yeridim və dedim: salam malik. Cənab qazı mənə cavab verdi:
– Ay əssəlam əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah-maşallah, əxəvizadə necə müddətdi müntəziri-vücud zicüdiniz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzaci-mübarəkləri salimdir.
Mən bir şey başa düşməyib dedim:
– Da.
Cənab qazı bir qədər baxdı mənim üzümə və yenə başladı:
– Əxəvizadə, təhsili-fününinizi əncamə yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz?
Mən yenə bir şey başa düşməyib dedim ki:
– Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz.
Axund soruşdu:
– Neçə?
Mən dedim:
– Çto?
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi:
– Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim?
Dedim:
– Ana, mollaynan biz ana dili danışırdıq.
Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi:
– Yazıq ana dili!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ana-dili
Use ← → keys to move, R for a random poem
More by this author
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Partlarız...Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.*Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Hər iki fitnəm baş...Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.*Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Boş qayıtdılarİşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.*Yüklədilər arxama karxanəmi,
Poems by other poets · Satire
Deyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
Məktub ("Molla dayı, etmə şərarət belə")Molla dayı, etmə şərarət belə,Ortalığa salma ləcacət belə!..
Baş tutmadıBaş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.