Hər iki fitnəm baş...
Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.
Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Hər iki zat «vəfadarın» işi qullabıdır
Eyləmiş hər ikisi min cürə xidmət bəşərə
Etməmiş hər biri ömründə sitəm bir nəfərə.
İstəməz heç biri millətlər əsarətdə qala
Heç düşünməzlə cahan xalqına bir hərb açıla.
Rəhm, insaf, mürüvvətlərinin bir sözü yox,
Şübhəsiz özgəsinin bir qəpiyində gözü yox.
Nə Cəzayirdə tökür cəbr ilə xalqın qanını,
Nə cəfalərlə mərakəşlinin almış canını.
Bir kəsin mülkünü almağlığa rəğbətləri yox
Seviyor hər kəsi xalq ilə ədavətləri yox.
Nə gəlib təngə cəfasında bunun Şamü Hələb
Nə frənk adın eşitcək titrəyər çilpaq ərəb.
Xilqətən bir yaranıbdır bu iki zat kiram,
Bundakı şərm-həya xalq olunub onda tamam.
Hər iki əhli-vəfa bir ağacın meyvəsidir
Hər iki zatın işi bir lotunun şivəsidir.
Biri meydana çıxır, digəri işdən çəkilir
Fərqi ancaq budu kim ağ gediyor qarə gəlir,
Bu gələn, ya ki, gedən bir qabanın çoşqasıdır
Bu da «qeyrətli» frənkin taza bir hoqqasıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-her-iki-fitnem-bas
Use ← → keys to move, R for a random poem
More by this author
Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı.Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi.
Siyasi dərnək üzvləriBir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.
Son iclasMən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?
Təbriz çar kazakları əlindəMən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.
Poems by other poets · Satire
“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Dövran bizim olduMahi-rəmazandır, yenə dövran bizim oldu,Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.