Və’də
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.
Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Və’dlər vermiş idi burdakı əhli-şərəfə.
Və’də vermişdi gəlib eylərəm azad ərəbi
Türkdən qurtararam Bəsrəni, Bağdad, Hələbi.
Elə od yağdı ki, yandı ərəbin cədd-əbi.
Hərəsi çəmdəyin indisə çəkir bir tərəfə.
Əvvəli bir neçə gün yağladı saqqalımızı
Verdi cib xərcliyi, saz eylədi əhvalımızı.
İndi istər ala biçliklə əba, şalımızı
Qoymayır qalmağa başlarda cırıq bir mələfə.
Əlinə aldı həyasızca ziyarət bazarın
Siğə mə’dənlərini, canlı ticarət bazarın
Xorasan kimi vurub yıxdı ibadət bazarın
Şaşırıb başımızı saldı bu əngəl-kələfə.
Etdilər bircə nəfər tənbəli-Bağdada əmir
Lotulardan düzəlib bir neçə qondarma vəzir
Hicrətə başlamışıq biz də ki, bir cəm’-kəsir
Buradan başlamışıq söyməyə ol naxələfə.
Kəsilib xüms-zəkatın yolu, yox mal imam,
Nə dul övrət, nə də siğə, nə də ki, gündə həmam
Vaxtımız keçmiş idi eyş-ibadətdə tamam
İndi isə nə qalıb vəqfə, nə yovmi ərəfə.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ve-de
Use ← → keys to move, R for a random poem
More by this author
Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
Poems by other poets · Satire
Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.