Kəmşüur ƏyyarəÇıxmamış ortaya iş,Çox da fırıldanma balam!Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam.

Mənə bir aktyoruDe ki yox onda qürur;Necə ki, zərrə qədərYox imiş səndə şüur.Bir ayır gözlərini,Niyə oldun belə kur?Bax o cəmiyyətə dəNə ki var orda tamamGörəcəksən yenə dəKöhnə tas, köhnə hamam.

Açılıb əlli kərəBu sayaq bəzmi-şüar,Mən də çox eyləmişəmSən kimi fəxrü vüqar.Yenə puç olmuş hamı,Olunub “von” be məzar.Boşalıb fəxr yenə,Dolunub yəs ilə cam.Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam.

Belə ki, mən görürəm,Bu müsəlmanın işin,Satacaq üç qəpiyəNə ki var məzhəbü din.Mən də təqib eləyibBelə karın rəvişin;Bunu bir anlamışamGələ gər yüz min imam.Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam!

Yenə birisi deyəcək:“Mənə çox oldu cəfa”;Biri burdan deyəcək:“Yox o birisində əda”.Yenə əvvəlki həsəd,Yenə də bəxlü riya...Bu nifaq ilə de bir,Kim alıb kam, məram?Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam!

Biri burdan deyəcək:“Mənə az çatdı ğruş”.Onu o biri söyəcək,Tutacaq qeyrini boş.Bir də gördün aparıbTəzə cəmiyyəti huş.Gedəcək işləri lapBu sayaq ilə müdam.Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam!

Hələ bir qədər dayan,Görəcəksən sən özün;O zaman xiyrələnərDaha da zorba gözün.Kəsilər onda dilin,Dolaşar onda sözün.Biləcəksən sən özünKi, düşübsən necə xam.Görəcəksən yenə dəKöhnə tas, köhnə hamam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire