Halın necədir
Ay Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?
Söyləyirdin bizə daim niyə bu qədr yalanKi, uzun oynanacaq səhnədə “Arşın mal alan?”Öləcək səhnə, drama, nə ki, var yerdə qalan.Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan.Di bu cəmiyyətə məqsudi-məalın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?
Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət,Hasili getdi drama baş-ayaq, bir rəhmət;Aktyorlar yığışıb axırı etdi hümmət,Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət.Di bu cəmiyyətə sorğu-sualın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?Dirilib indi drama, kefim olmuşdur çaq,Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq!Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq,Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ!Başa gəldi, o sənin əmri-mahalın, necədir?Millətin halı üçün fikrü xəyalın necədir?
Daha hər lobyasatan, çəkməçilərlə həmrahOluban, küçədə verməkçin oyun, tapmaz rah;Dirilib gəldi drama, azacıq söz kütah,Ömür lütf et belə artistlərə, sən ey Allah!Söz ki bitdi, daha sındı pərü balın, necədir?Gələcək səhnə üçün fikrü xəyalın necədir?
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-halin-necedir
Use ← → keys to move, R for a random poem
More by this author
Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı.Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq.
Hacıbaba ŞərifzadəBu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər.İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə.
“Dağılan tifaq”Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik.Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik.
“Otello”Cümə günü, mayın 19-da Dövlət Teatrında türk aktyorları tərəfindən “Otello” pyesi oynandı.Otello rolunu oynayan Abbasmirzə Şərifzadədən başqa, oyunun bütün rolunu səhnəmizin gənc aktyorları ifa etdiklərindən və bu rollarda birinci dəfə çıxdıqlarından, bütün başqa cəhətləri keçib, yalnız bu gənc qüvvələrin oyunları xüsusunda bir neçə kəlmə yazmaq istərik.
Poems by other poets · Homeland
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
DağlarınÇəkilmir başından duman - çiskini,Nə betər dəyişib halı dağların.
SevincBu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
Fədakarlıq-mərdanəlikPay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.