“Dağılan tifaq”
Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik.
Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik.
Bunlardan keçincə, əlavə etməliyik ki, bu gecə Abbasmirzə Şərifzadənin oyunu istər paltar, istər qrim, istər danışıq, istərsə hərəkətcə bizi qənaətləndirdi, hətta onu alqışlamağa özümüzdə vicdani bir məcburiyyət hiss edirik. Aktyor götürdüyü ağır rola, yaratdığı şəxsiyyətin ruhuna o qədər dərin girmiş ki, özü aradan tamamilə itmişdi.
Bu gecə radio ilə aktyorun bütün varlığı işıqlandırılsaydı, Abbasmirzədən əsla bir əsər qalmayıb, bütün iztirab və səfalətləri ilə bir Nəcəfbəy Çaybasarski görünəcəkdi.
Aktyor o qədər özünü unutmuş ki, qocaman bir sütun uçulub tam başına düşür, yerindən belə qımıldanmır. Fəqət bütün bu təbiiliyi sütunun gec uçulması üzərinə “davayte!” – deyə bərkdən səhnədə danışması pozurdu.
Biz “davayte” eşidincə, o saat Nəcəfbəyi itirib, onun rolunda Abbasmirzə olduğunu xatırladıq.
Çox təəssüf! Belə şeylərin təkrar edilməyəcəyi ümidindəyik. Sona rolunda A.N.Olenskaya birinci pərdədə lazımi təsir vermədi.
Paltarları da maloros paltarı idi. O biri pərdələrdə, xüsusən, dördüncü pərdədə tərif fövqündə gözəl idi.
Məşədi Cəfər rolunda Məlikov, Səlimbəy rolunda Ələkbər Süheyli və qoca zabit rolunda Ələkbər Hüseynzadə olduqca yaxşı idilər.
X a n ı m Lizina da yaxşı oynadı. Səriyyə X a n ı m türkcə yaxşı danışa bilsəydi, bəlkə də yaxşı oynardı. Fəqət indilik istər danışıq, istər hərəkətcə heç bir şeyə müvəffəq olmadı. Burada onu əlavə etmək istəyirik ki, bu vaxta qədər səhnəmizdə olan aktrislər aktris olduqlarına görə deyil, türkcə bildiklərinə görə səhnəmizə qəbul edilmişlərdi. İndi isə onların arasında A.N.Olenskaya kimi istər lisan, istər hərəkətcə və Lizina kimi yalnız hərəkətcə müqtədir aktrislər ayrılmış, o biriləri isə lisan və hərəkətcə axsadıqlarından əvvəlkilər ilə çiyin-çiyinə oynayınca, yarada bildikləri təsir olsa mənfi olur. Bunun üzərinə əllərimizi qulağımızın dibinə qoyub bağırırıq: “Səhnəmizə türk Xanımı! Türk Xanımı! Türk Xanımı yetişdirilməlidir!”.
Bununla heç olmazsa, Səriyyə Xanımın başmaqla evin yuxarı başına keçməsindən xilas olar və xalçaları təmiz saxlaya bilərik.
Dəllək İmamverdi yaxşı idi. Imamverdinin oğlu rolunu Yunus nə qədər yaxşı oynadısa da, məəttəəssüfanə, kürkünü, çüxasını geymiş bir qızı andırırdı. Xüsusən qrimi qız qrimi idi.
Ovçular zəif idilər. Xüsusən, birinin diri bir adama: “Başına dönüm, səni kim öldürdü?” – deməsi, o qədər gülünc çıxdı ki, yazıq yaralının zəhmət çəkib yarada bildiyi təsiratı da pozdu.
Mirzə rolunda Kazım yaxşı idi. Nəcəfbəyin oğlu rolunda gənc aktyorlarımızdan Əliabbas İsmayılzadə gözləmədiyimiz bir məharətlər göstərdi. Biz qəsdən bu mühüm rol xüsusunda bir neçə kəlmə əlavə söyləmək üçün axırda yazdıq.
Bir il bundan əvvəl həmin gənc arqadaşımızın Xoristlər arasından ayrılıb, kiçik bir rolda birinci dəfə səhnəyə çıxması üzərinə ondan gələcəkdə bir çox şeylər gözlədiyimizi söyləmişdik.
O vaxtdan bir il də keçməmiş bu gecə gənc aktyorumuz o vaxt yalnız bir ehtimal olaraq söylədiyimiz sözləri ehtimal dairəsindən çıxarıb, qaçılmaz bir həqiqət halına gətirdi. Indi isə biz səhnəmiz üçün gələcəkdə ondan müqtədir bir aktyor gözlədiyimizi cəsarətlə deyirik.
Bunlardan keçincə, onu da xatırladırıq ki, ölümcül yaralanmış bir adam bir saat qədər uzun bir vaxt bir verst üzərində dayana bilməz.
Ölərkən son nəfəsdə özünü qurudub körpü yaradaraq, yerə çırpılması da artıq idi. Bu körpü bizim bütün aktyorlarımız üçün bir moda şəklini almış və bu vaxta qədər az-az adamın səhnədə vəziyyətinə baxmayaraq, körpüsüz öldüyünü görmüşük.
Fəqət bu doğru deyildir. Bu körpü çapalamaq hərəkətindən bir şöbədir ki, yaralanandan sonra birinci-ikinci dəqiqədə ölən adamlara yaraşır. Fəqət yaralanandan yarım saat sonra ölən adam belə özünü qurudub da qalxıb yerə çırpılmasındansa, getdikcə zəiflənib tamamilə hərəkətdən qaralaraq rahat ölərsə, daha təbii olar. Çünki bu qədər uzun vaxtda axan qan insanı zəif salar və qan yoxluğundan belə bir hərəkətə imkan qala bilməz. Bu, aktyorlarımızda ümumi bir hərəkətdir ki, düşünmədən edirlər. Fəqət gələcək üçün hazırlanan gənc aktyorumuza belə nöqtələrə fikir verməsini tövsiyə edər, bütün varlığımızla ona müvəffəqiyyətlər dilər və bu gecəki müvəffəqiyyəti üçün ayrıca alqışlarıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-dagilan-tifaq
Use ← → keys to move, R for a random poem
More by this author
Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.
“Şeyx Sənan” haqqındaSözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm.Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar.
Azərbaycan türk ədəbiyyatının son vəziyyətiIDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.
Qəzetimizin ədəbiyyat dərnəyindəCümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,