“Otello”
Cümə günü, mayın 19-da Dövlət Teatrında türk aktyorları tərəfindən “Otello” pyesi oynandı.
Otello rolunu oynayan Abbasmirzə Şərifzadədən başqa, oyunun bütün rolunu səhnəmizin gənc aktyorları ifa etdiklərindən və bu rollarda birinci dəfə çıxdıqlarından, bütün başqa cəhətləri keçib, yalnız bu gənc qüvvələrin oyunları xüsusunda bir neçə kəlmə yazmaq istərik.
Otello rolunda ən qüvvətli aktyorumuz Abbasmirzə, ilk iki pərdələrdəki ruhsuzluğunu unutmamaq şərti ilə, son dərəcə gözəl idi. Bir çox yeni və müvafiq hərəkətlər göstərməsi üzərinə daima bir hərəkət üstündə mıxlanıb durmaması və hər dəqiqə bir yenilik göstərdiyi üçün möhtərəm aktyorumuzu ayrıca qeyd edirik. Onu da əlavə edim ki, bütün aktyorlarımızın müttəhid nöqsanı olan tədrici yıxılmaq bəlasından yeganə mübərra olan Abbasmirzə, bu gecə əzilməsin deyə, qeyritəbii olaraq yerin rahatlayaraq, tədricən yıxıldı ki, bu bir nöqsandır.
Yaqo rolunu ilk dəfə olaraq Kazım Ziya oynayırdı. Rolunun ağırlığını, birinci dəfə oynadığını nəzərə alarsaq, demək olar ki, fəna deyildi. Nə isə, aktyor Yaqo yaratmaq əvəzinə Yaqo rolunda Ruhulla Sidqi yaratmağa çalışırdı ki, məəttəəssüfanə, heç olmazsa buna da lazımınca müvəffəq olmadı, həm də sözlərin yaxşı bildiyinə baxmayaraq, danışdıqlarına çox fikir vermirdi, bəzən Yaqo deyə öz adı ilə başqalarını çağırırdı. Söylədiklərini özü yaşamırdı. Çox ehtiyatsız idi. Xüsusən, birinci pərdədə özünü Barabansioya tanıtmamaq üçün gizlənməsi lazım gəlirkən, önündə dikilib dayanmışdı.
Barabansio rolunda Bayram Əlibəyov son dərəcə yaxşı idi. Rodriqo rolunda Aslan Tahirov təmsil etdiyi adamın şəxsiyyətini layiqincə təşəxxüs etmədiyindən olmalıdır ki, xüsusən, ilk pərdələrdə solğun idi. Üçüncü pərdədə yaxşı oynadı.
Monteo rolunda Adıgözəl Hüseynov orta idi. Sözlərini yaxşı bilirdi. Rolunu yaxşı aparmaq üçün bütün qüvvəsini işlədirdi, özündən əvvəl oynayanlara büsbütün təqlid deyil, özündən də yeni müvafiq hərəkətlər göstərirdi. Fəqət yaralanırkən dili ilə: “Yaralanmışam, danışa bilmirəm”, – deyir, səsində və hərəkətlərində isə heç bir zəiflik əlaməti hiss etdirə bilmirdi. Xüsusən, Otellonun gec çıxması üzərinə duelin uzun çəkməsi aktyorun çətin bir mövqedə buraxdı ki, təcrübəsiz gənc aktyor duelə davamla yorğunluğunu anlada biləcək bir hərəkət göstərmədi. Qılıncını da qeyri-təbii olaraq axıradək əlində tutub özü ilə apardı.
Dezdemona rolunda Məxfurə Xanım yaxşı idi. Xüsusən, türkcə çox gözəl söyləyir və səsindəki incəlik üzərinə məsum, sadədil bir Dezdemona yarada bilirdi. Fəqət hərəkətcə zəif idi. Məsələn, ağladığını başqaları söyləyir, halbuki, özü o hərəkəti göstərməyə sanki tənbəllik edirdi.
Xanım Lizina hərəkətcə yaxşı, lisanca adəti üzərinə zəif idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-otello
Use ← → keys to move, R for a random poem
More by this author
(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Olsun qoyHəyata gəldiyim gündən bəlayə çarpıldım,Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy!
Oqtay Eloğlu6 pərdəli faciə**İştirak edənlər
Birinci pərdəSəhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər.N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.