Dözə bilmirəm
Mən bir zərif dağ otuyamArana dözə bilmirəm.Vüqarımı acı sözləQırana dözə bilmirəm.
Kəsirlər yalan əliylə,Əsirlər talan yeliylə,Halımı ilan diliyləSorana dözə bilmirəm.
Yolumuzu bura-bura,Köksümüzü yara-yaraSümüyümdən qızıl sarayQurana dözə bilmirəm!
Sən ha çalış, sən ha qazan,Özgə qanla yaşamazsan,Ay bəxtimi qara yazan,Qarana dözə bilmirəm!
Arzularım təzə, dən-dən,Od göyərir təzə dənnən...Dünya uçub təzədənnənYarana! Dözə bilmirəm!
3.VIII.1985
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-doze-bilmirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Heç kəsinVerdiyim sözdən uzaq qaçmamışam,Böhtan, uydurma, yalan saçmamışam.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı