Səhər yeli, astaca əs,Mən də sübhün sirdaşıyam.Sən bu yurdun nəğməsisən,Mən də onun göz yaşıyam.

Ey ildırım, çax yolumda,Ey ürəksiz, çıx yolumdan,Mən hazıram haqq yolundaKirpiyilə qor daşıyam.

Varlığımda minbir iz var,Dodağımda təmiz söz varHansı eldə kimsəsiz varOnun qanbir qardaşıyam!

3.VIII.1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets