Page 1 of 4

Sözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm.

Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar.

Bu onların vəzifəsidir. Fəqət mən həmin “Şeyx Sənan” mühakiməsinin böyük əhəmiyyəti olduğunu düşünərək bir dəfə də olsun mütəəssib olmamayı, məsələyə açıq bir göz, bitərəf bir mühakimə ilə yanaşmayı ilk əvvəl möhtərəm müdafiəçilərdən və başlıca olaraq möhtərəm məhkəmə heyətindən, nəhayət möhtərəm tamaşaçılardan rica edərdim.

Bu, Sənanın mühakiməsi üçün... olduqca mühüm bir şeydir. Çünki dünyada, həyat və məişətdə olduğu kimi görülən şeylər xüsusunda çox düşünmədən bu daşdır, bu ağacdır, bu taxtadır – deyə qəti hökm vermək bir o qədər güc bir şey deyildir. Fəqət olduğu başqa, göründüyü isə, bambaşqa olan şeylərə böylə yanaşılmaz. Bunu parıltısına görə gümüş qiymətinə qaşıq alıb, 2 aydan sonra qaraldığını və ya paltarına, yaxud sözlərinə görə pak, müqəddəs sandıqları bir adamın çox çəkmədən yaramaz əxlaqsız bir sərsəm olduğunu görənlər daha eyib bilirlər.

İştə bu gün müqəssirlər qəfəsində oturan Sənanın da şəxsiyyəti tam mənası ilə, olduğu başqa, göründüyü isə bambaşqa olan şeylərdən biridir.

Mən özüm onun göründüyünə aldanıb müdafiəsinə hazırlanırkən daha dərindən baxınca, olduğunu olduğu kimi görüncə, fikrimi dəyişdim, müddəiliyə getdim.

Burada hər ehtiram parlaq bir cümlənin, hər hərəkət az-çox iti birağılın böyük bir məharətlə qurdurduğu, aldadıcı bir fəlsəfənin, gözəl bir bəhanənin, hər bir yalan daha mən tiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmiş, örtülmüş, basdırılmışdır. İştə bu yalanları doğrulardan ayırmaq hər bir sözün, hər bir hərəkətin özünü və məqsədini tutuşduraraq düzgün bir nəticə çıxara bilmək üçün olduqca diqqətli və ehtiyatlı olmalıdır. Belə olunca Sənanın özünün donuz damında ikən onun üstündə bir-birilə çəkişən, çeynəşən insanların boğazlaşmasını, qoparılan fəryadları, göz yaşlarını görüncə, yapdıqlarını və nəticələrini düşününcə xəlvətdə öz vicdanına qarşı: bu fəlakətlərin bütün səbəbi həp mənəm, məni bağışla – deyə etiraf etdiyi təqsirləri isbata qalxışmağa ehtiyac qalmayır... Ona görə də mən Sənanın hankı qanunun hankı maddəsi ilə müqəssir olduğunu göstərməyə çalışmayacaq, yalnız bir neçə söz ilə tərcümeyi-halını göründüyü kimi deyil, olduğu kimi qeyd etməklə iktifa edəcək və nəticə çıxarmayı məhkəmə heyətinə və şahid bulunan xalqın vicdani-ümumisinə tapşıracağam.

Beləliklə Sənan kimdir?

İlk görüşlə biz, Sənan yaşının məsuliyyət daşıya biləcəyi bir çağında 30 yaşında ağıllı, fəqət öz cinsiyyət duyğularına adi, bayağı bir erkək, şəhvət və ehtiraslarına tapğın yalançı, eyni zamanda, gözəl və xoşsima bir tələbə görürük.

Əsasən açıq fikirli olan Şeyx Kəbir ona adətən atalıq edir. Öz doğma oğlu kimi sevir, oxudur, biliklərini öyrədir, tərbiyə edir, bir sözlə tərbiyəsində heç bir qüsur göstərməyir. Fəqət buna qarşı Sənan Şeyx Kəbirin müsaidətindən istifadə ilə onun zavallı qızını Zəhrayı çocuqluğundan istifadə ilə bir çox yalan vədlər ilə aldadıb özünə bənd edir.

Əvvəla, oğlum – deyə müraciət edən bir adamın qızına göz əymək, onunla xəlvətdə görüşüb əlaqəyə girmək üçün insanda nə qədər saxlanmaz bir etiraz, nə qədər alçaq bir nəfs olması lazım olduğunu mən təsəvvür etmirəm.

Pək eyi, tutalım ki, bu bir şey deyildir. Ata-oğulluq məsələsini bir tərəfə buraxalım. Qızdır, oğlandır. Görmüş, sevmiş, vəd etmiş, nəticə etibarı ilə Zəhrayı alacaq və məsələ də bununla bitmiş olacaqdır. Fəqət Sənan bunu da yapmayır. 6 il yazıq çocuğu başda gəzdirib bir çox macəralar keçirdikdən sonra nəhayət, ondan doyur, soyuyur, usanır. Şimdi o öz fikrində, öz təsəvvüratında mavi gözlü yeni bir qadın yaradır. Və öylə bir qadın bulmaq istəyir.

Zəhra bunu hiss edir, yalvarır, ağlayır. Fəqət Sənan üçün bu göz yaşlarının heç bir qiyməti yoxdur. O, xudpəsənddir, eqoistdir. O, hər kəsi özünə faydalı olduğu zaman istər. Yox, istər özünün olsun.

Zavallı Zəhra özünü bir fəlakətin qarşısında, könlünü Sənanda, adını dillərdə görüncə yalvararaq Sənana deyir:

Altı ildir sənin əsirin ikən
Şimdi biganəyimmi könlünə mən?
Nə təbiət bu səndə? Həm nə tuhaf!
Yoxmudur səndə mərhəmət, insaf?
Nerədə əvvəlki vədlər əcəba?
Əcəba yoxmu, yoxmu səndə vəfa?
O məhəbbətlə parlayan gözlər,
Şimdi bir başqa macəra söylər.

Diqqət edilsin. Hankı vədlərdir və bu vədlər nəyə qarşı verilmişdir. Hankı əhdə və hankı hərəkətə qarşı vəfa tələb edilir. Qoy hər kəs düşünsün bu qız aldanmamışdır? Sənan aldırmayır. Yoxsa Sənan vəd, vəfa, məhəbbətlə parlayan gözlər və i.a. mənasını bilməyir. Yaxud yazıçının türkcə savadsız olduğunu iddia edir. Əfv edərsiniz, Sənan əfəndi.

“Sənan, məni qəhr et də lakin atma!” – deyincə Zəhranın haqlı tələbatına qarşı istər-istəməz:

Səni atmaqmı?! Bir düşün, əcəba
Bu olur şeymi, nazənin Zəhra?
Sən mələksin, sevimli afətsin...–

deyə cavab verirsən. Bunun üzərinə Zəhra onu qucuyur. Pək eyi, Sənan əfəndi, nə üçün Zəhrayı atmaq olmaz? Nə üçün bu sevimli afəti atmamaya məcbursan. Müsəlmanlıqda naməhrəm bir qadın heç bir əlaqədə bulunmadığı naməhrəm bir kişiyi quca bilərmi?

Diqqət edilsin, Sənan bu qızcığazı aldatmamışmı? Bunu Sənan özü pək gözəl bilir. 10 ildən sonra da Zəhrayı görüncə:

Ah Zəhra, zavallı solğun nur,
Səni Sənan görüncə alçalıyor. –

deyə zavallı Zəhranın fəlakətinə qarşı gözlərini yerə tikir. Nə üçün. Sənan əfəndi, sən Zəhrayı görüncə özündə bir alçaqlıq hiss edirsən? Nə isə, məsələ aydındır. Vəd etmiş, aldatmış, sözündən qaçmış, Zəhranın fəlakətinə səbəb olmuşdur. Unutmamalıyıq ki, bu şimdiki vaxt üçün bir o qədər ağır görülməyir. Bək eyi, qızdır. Əvvəl sevdim, şimdi sevmirəm. Fəqət Zəhranın mühiti düşünülərsə, bu onun üçün bir fəlakətdir. Adı dillərdə gəzən Zəhrayı ölüm deyil, nə qurtara bilər?! Ona görədir ki, Zəhra deyir: “Məni qəhr et də, lakin atma aman”. Sənan Zəhranın tələblərinə qarşı boyun əyməyə məcburdur. Sən mələksən atmam – deyə yenidən ona söz verir. Fəqət yalan, həm də məcburi bir yalan, fəqət dadlı gözəl bir yalan. Həmin bu dəqiqədə Zəhranın nə olursa-olsun artıq köhnəldiyini düşününcə və xəyalında yaratdığı mavi gözlü qadını xatırlayınca həmin gözümüzün önündə sözündən qaçır. Böylə səbatsız bir adama, bu dəqiqə söz verib ikinci dəqiqədə qaçan yalançı bir adamın sözünə və özünə nə kimi bir qiymət verilə bilər. Nə isə Sənan Zəhrayı artıq sevməyir, gecə-gündüz başqa bir qadını düşünür.

Onun bu qadınçılığını Şeyx Kəbir də bilir. Ona deyir ki,

Oğlum! Er-gec tutar cahanı adın,
Söylənir ictihadü irşadın.
Cahil-arif, böyük-kiçik yeksər,
Səni özlər sevər, pərəstiş edər.
Bu səadət fəqət uzun sürməz.
Çünki röyada gördüyün uçrum,
Səni eylər bu feyzdən məhrum.
Baş verir səndən öylə bir hərəkət
Ki, bütün xalq edər haman nifrət.
Alçalar ruhun alçalar... Ancaq,
Səni alçaldan ehtiras olacaq.
– Hankı şeydir səbəb fəlakətimə?
– Ah!.. O yalnız qadındır, iştə qadın!

Hər halda Şeyx Kəbir Sənanı, onun zəif cəhətlərini çox gözəl bilir. Fəqət Sənan onu da, hətta öz inandığı Allahını belə aldatmaqdan utanmayır. Zəhra ilə 6 illik bir macərası bəlli ikən, bu saat Zəhra ilə söz vermişkən, nəhayət, gecə öz mavigözlü qadınları düşünürkən üzünü

Allaha çevirib:

Ey böyük Tanrı, ey böyük Yaradan!
Məni səndən gözəl bilən, tanıyan.
Varmı, ey xaliqi-zəminü zaman!

Yalan, qara bir yalan. Sonra Şeyx Kəbirə ikinci bir yalan:

Mən otuz il cahanda zahidvar,
Bilmədim qız-qadın nədir zinhar.
Nə qədər məndə varsa hissü həyat,
Ehtirasatə düşmənim... heyhat!
Mana biganə zövqi-nəfasi,
Sevdiyim yalnız eşqi-ruhani...
Daha könlümdə qeyri eşqə, inan,
Yer bulunmaz, xayır... xayır...

Bu da yalan. Gördüyü qadın, aldatdığı qadın, söz verdiyi qadın, düşündüyü qadın, bu da danışdığı sözlər.

Fəqət bunları o, ancaq onu gözləyən şöhrət və böyüklük xatirəsi üçün başqalarının gözlərini örtməkdən ötrü yalandan deyir. Daxildən isə onun qadınçılığı onun ehtirası varlığını didir, üsyan edir. Onun yalanlarını üzünə çırpır. Sənan nə çapıq çıxdı – xatırından deyir. Sənan xəlvətdən ona cavab olmaqla mən şaşırdım, saqın inanma, – deyir.

Demişdim ki, zövqü-nəfsaniyə uymam, ehtirasata uymam, eşqiruhani ilə sevirəm. İnanma, yalan deyirdim, – iştə Sənanın bütün mahiyyəti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dilin tarixi dirçəlişi

Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.

1 min
El ədəbiyyatı toplaşdırılmalıdır

Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

5 min
Azərbaycan türk ədəbiyyatının son vəziyyəti

IDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.

13 min
Qəzetimizin ədəbiyyat dərnəyində

Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.

2 min

Poems by other poets