Sərdar Rəşidin evində axtarış
Page 2 of 2 · 50%
– Həzrət əşrəfi ərkani-hərbə götürün! – deyə əsgərlərə əmr etdi.
Şabanzadə bu əmri verdikdən sonra sərdar Rəşid tələsik bir surətdə dedi:
– Xeyr, ağa! Cənab zabit mənim dediklərimə mültəfit olmadı... Bəndənin dediyi budur ki, gecənin bu vaxtında yüz min tümən gümüş pulu tapa bilmərəm. Eybi nədir, buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim.
– Tez dur gətir! Sənin yanında bir ordu nümayəndəsidir. Biz sənin üçün İstanbul bursəçiləri deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. Haydı, bizimlə bazarlıq yapma!
Sərdar Rəşid qalxıb qalın göndən tikilmiş böyük bir sandığı açdı, orada az miqdarda gümüş para olduğuna baxmayaraq, hədsiz-hesabsız Amerika və ingilis kağız paraları var idi. Sandıqdakı əlavə bir sandıqçanın içərisində əlli min manata qədər çar qızıl və kağız pulları vardı.
Sərdar Rəşid bir dəstə Amerika dolları götürüb Şabanzadəyə göstərdi:
– Burada 40 min dollardır, hazırda Təbriz bazarında dolların birisi 15 qrandır, bu eləsin 60 min tümən, iyirmi min tümən də qran pul verim. Bu da eləsin həştad min tümən, qalanına da ingilis pulu götürün!
– Biz buraya bazarlıq üçün gəlməmişik dedim!
– Bəndə ki sizə yalan demirəm. O bazar, o da siz. Hərgah verdiklərim yüz min tümənin yerini doldurmursa, yenə də sabah nə qədər lazımsa verim, belə ki, olmaz, axır mən bir məmləkətin valisiyəml
– Biz bütün nəqd paraları və qiymətli şeyləri aparmalıyıq, yarın cənab komandanla görüşərsiniz, onlar yüz min tüməni götürdükdən sonra yerdə qalan şeyləri və paraları özünüzə qaytararlar.
– Ağa zabit, düz buyurursunuz. Mən sizə inanmıram, amma burası vardır ki, mənə oradan bir şey qaytarıb verməzlər. Yaxşısı budur ki, elə buradaca sizinlə birtəhər düzəlişək ki, bir də bizim başımız ağrımasın.
– Bir ordu zabitinə rüşvət təklif etmək böyük bir cinayətdir. Lakin bu iş İranda adət olduğu üçün bu barədə sizi cəzalandırmıram. Daha harada qiymətli kağızlar və nəqd paralar vardırsa gətirin!
– Bunlar kifayət deyilmi?
– Xeyr!
Əsgərlər sandıqdakı qiymətli daşları, paraları səliqə ilə çıxarıb bir kisəyə yığmağa başladılar, lakin təəssüf ediləcək bir haldır ki, iyirmi min tümən gümüş paranı götürmək üçün imkan yox idi. Bunun üçün sandıq boşaldı, sərdar Rəşid onaçılan tapançaların təzyiqi altında olaraq cürbəcür dövlətlərə məxsus və müxtəlif metallardan düzəlmiş paraları gətirib aralığa tökdü. İllərdən bəri Ərdəbildə və sair hökumət yerlərində xalqdan aldığı rüşvətləri, döyüb, soyub aldığını gətirib meydana qoydu və Şabanzadənin tələbi ilə Mirzə Fətulla xanın əmanət qoyduğu qiymətli şeylər sandıqçasını da təhvil verdi.
– İndi də gizli məktubları və vəsiqələri gətirini Onları götürməyi də komandan paşa bizə əmr etmişdir.
Vəsiqələr də yığılıb bağlandı. Sərdar Rəşid vəsiqələrin içərisindən bir qadın təsviri ilə bir məktubu götürüb:
– Bunları aparmayın. Bu mənim arvadımın mənə yazdığı məktubdur, şəkil də onun şəklidir.
Məktubda yazılmışdı:
«Möhtərəm sərdar Rəşid! Sən bilirsən ki, biz ayrılmalı idik. Nə sənin daşıdığın yüksək vəzifə, nə mənə verdiyin sərvət, nə də məni müsəlman etmək üçün təkrar etdiyin müqəddəs kəlmələr məni sənə bağlaya bilməzdi, çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman sənə arvad olaraq gəldiyimi düşünürdüm. Nəhayət az çəkmədən məni də öz bacın və öz birinci arvadın kimi sataraq, özün üçün vəzifə və rütbə qazanmağa başladın. Lakin mən nə qədər çalışdımsa, özümdə buna cavab verəcək bir vicdanı tapa bimədim. Buna görə də Rusiyaya dönməyə məcbur oldum. Sənin evindən heç bir şey götürmədim. Yalnız özümə məxsus şeylərimi götürdüm. Salamat qalın.
İftixarissoltan İraidaəp
Bu, İranda həbs olunduğu zaman öz əli ilə yazıb sərdar Rəşidin yazı masasının üstünə qoyduğu məktub idi.
Sərdar Rəşidin evindən götürülən şeylər daşındığı zaman o, bir daha komandan paşa ilə danışmaq üçün icazə istədi. Şabanzadə mane olmadı. Əvvəla budur ki, telefon xətti kəsilmişdi, ikincisi də Qafqazı işğal eləmək həvəsində olan Helmi bəy hələ axşam ikən Təbrizi boşaldıb Sofyana çəkilmişdi.
Telefon səs vermədi, sərdar Rəşid başını çiyninə salıb yerində oturdu, axtarış üçün gedənlər də işlərini bitirib çıxdılar. Şəfi Şabanzadə çıxdıqda Mahru qaranlıq dəhlizdə durmuşdu. O yavaşcadan:
– Əziz yoldaşlar, işiniz uğurlu olsun! – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-serdar-residin-evinde-axtaris
Use ← → keys to move, R for a random poem
More by this author
Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.
KarvanMən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.
Kənd alverçisi1Görməmişdi ümum kəndistan
Toy gecəsində1Axşam saat onda lampalar yanır,
Poems by other poets
Sizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,