Kənd alverçisi
1
Görməmişdi ümum kəndistanHacı Şə’ban tək «iş görən» insan.Dükanı, mülkü, bağı, bostanı,Özü kəndin böyük bir ə’yanı.Kənd xalqı nüfuzu altında,Hər bir övzai həddi-zatında.İş görənlər əlində istismar,Rəncbər, fəhlə, işçi, sən’ətkar.Kəndxuda həm əlində bir alət,O da əmrində hazır hər saət.Molla, seyyid böyük tərəfdarı,Ağanın da, bəyin də həmkarı.Oğrular, əyrilərlə də əlbir,Hacıdan cümləsi alır tədbir.Şəhrdən kəndə gəlsə bir hakim,Hacı Şə’ban qonaqlayar daim.Şöhrəti tutmuş idi hər yanı,Hər məhərrəm, orucluq ehsanı.Din idi, məzhəb idi alatı.Pul idi hacının xəyalatı.Bu qərar ilə daima kəndi,Tora salmışdı hacının fəndi.Söhbəti Məkkədən, Xorasandan,Rəhmdən, mərhəmətdən, imandan.Kərbaladan salan zaman söhbət,Gözünün yaşı eyləyir şiddət.Vuraraq Murtəza Əlidən dəm,Qolsuz Abbasa and içər hər dəm.
Daima toplayanda dehqanı,Gətirir ortaya Xorasanı.İşçinin haqqını kəsən dəmdə,Dili daim Minada, Zəmzəmdə.Var idi onda cürbəcür hiylə,Pul yığardı bu dəstkah ilə.Söyləyər, — almaram pula tənzil,Bərəkət var, pulum daşır hər il.Bircə şahi riba yeyə hər kim,Özün eylər cəhənnəmə təslim.Allahın hökmü, əmri, qur’anı,Mən’ qılmış ribadan insanı.Bərəkət var halal alverdə,Eyb edən yox halala heç yerdə.Mənim hər bir işim ticarətdir,Belə kəsbin özü ibadətdir.Bilmərəm öz varımda bir nöqsan,Dönmədim allahın rizasından.
2
Kəndə başlanıb soyuq bir qış,Bahalıqdan çətinləşib hər iş.Xırda bitmiş bütün tədarüklər,Arpa, buğda, düyü bitib yeksər.Qar düşüb dağı-daşı bərkitmiş,Yox taxıl, təknədən çörək bitmiş.Dəridə yoxdu bir ovuc pendir,Neçə gündür ki, yanmamış təndir.Neçə gündür Əli kişi naxoş,Dava-dərman gərək, fəqət cib boş.Balalar ac, tapılmayır əppək,Neftsiz lampa, şorbasız çömlək.Şəhrdən yox gedən-gələn kəndə,Əli həsrət çəkirdi çay-qəndə.Xəstəyə çox yaman keçir dünya,Satmağa yox dəyərli bir əşya.Neçəsindən sual edib borc pul,Əlinin olmamış ricası qəbul.Qalmış idi yazıq Əli heyran,Dedilər un satır hacı Şə’ban.Xəstə bu sözdən oldu çox xoşhal,Hacı Şə’bana yetdi bu əhval.
Dedi: — Mən nisyə mal satan deyiləm,Kənd məxluqun aldadan deyiləm,Un üçün olsa gər Əli möhtac,Qoymaram ol fəqiri hərgiz ac.Gəlib alsın, nə eybi, bir put un,İşləsin yaz olan kimi beş gün.Buna oldu Əli kişi məcbur,Yox idi bundan özgə bir məqdur.Un deyib sorsa rəncbər, dehqan,Deyir öz şərtini hacı Şə’ban.
3
Qış qurtarmış, çiçəklənir bağlar,Ərimiş qar, yaşıllanıb dağlar,Çıxarıb baş bənövşələr yerdən,Açılıb bağda nəstərənü süsən.Sular axdıqca otlanır torpaq,Ota çıxmış qoyun, quzu, oğlaq.Zəmilər işlənir, toxum səpilir,Qız, qadın əlləşib əkirlər xır.Çölə sürmüş öküzlərin dehqan,Çalışır xalq, şumlanır hər yan.İşləyir xalq, yox gəzən işsiz,Hacı Şə’ban işləmir yalnız.Qışda hər kəs alıbsa bir pud un,İşləyir qış çıxan zaman beş gün.Yatır amma Əli kişi xəstə,Yox görən, iş tökülmüş iş üstə.Çalışıb oğlu, arvadı ancaq,Əkmiş idi fəqət bir az torpaq.Hacı Şə’ban gəlib səhər daim,Ona bir beş gün işləmək lazım.Kəndxudanı hacı qılıb də’vət,Ona verdi bir az şəkər rüşvət,Dedi: — Bu halə bir əlac eylə,Bir manat gündə müzd alır fəhlə.Əli gər işləməsə düz beş gün,Verə səkkiz manatı namümkün.Kəndxuda hacıya qılıb hörmət,Dedi: — Yox işdə bir ağır zəhmət,Verməsə pul Əli kişi bişək,Döyərəm tanrı haqqı heyvantək.
Kəndxudanın əlində bir şallaq,Əliyə bir neçə kərə çalçaq,Ağladı xəstə, eylədi fəryad,Dedi: — Rəhm et yoxumdur heç bir zad.İndi yox bir qəpik də pul məndə,Verərəm hər nə olsa xırmanda.Kəndxuda aldı xəstədən imza,Verə xırmanda altı put buğda.Hacıya bu xəbər yetən saət,Dedi: — Mollaya var yenə hacət,Oxusun siğə ta halal olsun,Mənə buğda xüsusi mal olsun.Çünki ömrümdə almadım tənzil,Etmədim bir haram mal təhsil.Çağırıb hazır etdilər molla,Oxudu siğə, bitdi hər sevda.
4
Onda ki, bağlayırdı baş buğda,Kəndə yağmadı heç yağış əsla.Qurudu buğda, arpalar yandı,Ot-ələf bitdi, xırlar odlandı.Sulu yerlərdə varsa hər bir zad,Onu qıldı çəyirtkələr bərbad.Qalmış idi Əli kişi heyran,Bu işə tapmayırdı bir dərman.Yox idi borca verməyə malı,Ac idi, pis keçirdi əhvalı.Bahalıq çulğamışdı hər yanı,Əzrailtək qırırdı dehqanı.Yoxdur əppəkdən orda bir asar,Buğdadan kənddə fəqət bir ad var.Hacı Şə’ban yenə açıb dükkan,Un satır xalqa tor qurur hər an.Tapmayır xalq başqa bir çarə,Pulu yox cibdə, qalmış avarə.Pulu da istəməz hacı amma:«Bircə put buğda, bir çərək barama».Yox çörək, çarəsiz qalıb rəncbər,Hacının şərtini qəbul eylər.Belə bir gündə kəndxuda, molla,Hacı Şə’banı qoymayır tənha.Yazır hər gündə molla «şərtnamə»,
Kəndxuda qaldırırdı həngamə.Əlini axtarır hacı Şə’ban,İstəyir höccət almağa ondan.Əlidən aldı höccət icbari,Elədi molla siğəsin cari.Elə ki, kəndə noyan gəldi,Yenə də qəmli bir zaman gəldi.
5
Barama az qalır ola hasil,Bir xəbər gəldi kəndə naqafil.Kəndxuda kəndə eyləmiş e’lan,Yığacaqdır qalıqları divan.İki gün keçdi, qəm tutub kəndi,Barama evləri möhürləndi.Əlinin oldu yığma hər malı,Ona bağlıydı cümlə amalı.O dəxi verkiyə gedib yeksər,Hacı Şə’ban salıb qiyamətlər.Barama hər putu igirmi manat,Əlidə yox fəqət bu pul, heyhat.Yenə də mollanı edib hazır,Etdi iclas kəndxuda, tacir.Dedilər: — Yox bu xalqda taqsır,Çün qəzadan gəlir bu cür təqdir.Bitmədi buğda, olmadı bostan,Baramanı dəxi alıb divan.Kəndlilər çıxdı cümlə var-yoxdan,Qalır ancaq ümidi pambıqdan.Əli və’d eylər altı pud pambıq,Hacı Şə’ban inanmayır artıq.Söyləyir: — Bağçanı girov qoysan,Bütün işlər sənə olar asan.Behi-şərt bir halal əmək bişək,Oxudaq siğə bir müsəlmantək.Altı put pambığı verərsən sən,Cıraram kağızı həmən gün mən.Yazılıb mülkə behi-şərtnamə,Molla qol çəkdi bu sərəncamə.
6
Hacı Şə’ban tutub böyük ambar,Toplayır orda hər nə pambıq var.
Yox yığan ondan özgə bir misqal,Pambığı qışdan eyləmişdir mal.Hər kəsə bir put un verib əvvəl,Barama, pambığa açıb ənkəl.İnhisara alıb bütün kəndi,Xalqı lüt qoymağa tapıb fəndi.Baramanı yığıb tamamilə,Pambığa sazlamış dəxi hiylə.Kimdə ki, pambıq olmamış mümkün,Behi-şərtə çıxıb bağın, mülkün.Əlinin bağçasın şəriətlə,Hacı bəl’ eylədi çox himmətlə.Bu işə molla verdi bir fitva,Kəndxuda gəldi, bitdi hər dava.Bir put un verdi «mö’təbər» hacı,Qış günündə «doyurdu» möhtacı,Oldu bir bağça bircə put qara un,Kəndxuda, molla həm buna məmnun...
Kənddə belə idi hər bir iş,Gəlməsin bir daha fəna keçmiş!Doqquz ay çəkdi rəncbər zəhmət,Hacı Şə’banlar eylədi rahət.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-kend-alvercisi
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.
İran CulfasındaAraz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.
Livarcan yaylasına doğruCulfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.
«Şahın bibisi oğlu»Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.
Poems by other poets
چو ساغر همدم و چون سایه همراه
Bildir ehyayi-Səmərqənd etdi İran taciriBildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,