1

Bir nəfər qolçomaq, vuran, dağıdan,Özü heybətli, vəhşi bir insan,Toyda, ehsanda, hər ziyafətdə,O idi daima sədarətdə.Pilovun yağlısın, ətin tikəsin,Yeməsəydi söyərdi ev yiyəsin.Olmasa işdə məsləhət ondan,Ona filhal atardı bir böhtan.Hər tərəfdə olursa bir sirqət,Verilirdi ona böyük qismət.Bazar əhli əlində titrərdi,Hər dükandan o bir şey istərdi.Ətini müftə göndərər qəssab,Gətirər süd inəkçilər qab-qab,Pulsuz islah olur bütün hacət,Gecə-gündüz davam edir qarət.Qoçu dəhşətli, vəhşi halında,Var idi ailə xəyalında.Varlı bir qız arardı evlənsin,Özünü daim eyləsin tə’min.

2

Bir nəfər köhnə müftəxorlardan,Şəhərdə varlı, mö’təbər ə’yan.Neçə il əvvəl ölmüşdü arvadı,Var idi təkcə bir qız övladı.Qızını evdə saxlayar daim,Ona çünki bir iş görən lazım.

Elə ki, müftəxor ölüb getdi,Qızına hər nə var tərk etdi,Hacının qüslü bitməmiş hala,Elçilər saldı bir böyük dava.Hacılar cümlə növhəxanlıqda,Məşədilərsə canfəşanlıqda.Ortalıqdan cənazə qalxanda,Lotular ağlayırdı hər yanda.Oldu axırda qolçomaq qalib,Həm qız, həm vara oldu o sahib.Qoçu evləndi, güldü amalı,Daha da yaxşılaşdı əhvalı.

3

Qoçu axır dəyişdi əhvalın,Evlənəntək uzatdı saqqalın.Varlanıb çünki yetdi mətlubəMəkkəyə getdi eylədi tövbə.Yeri məsciddə, həm itaətdə,Gecə-gündüz bütün ibadətdə.Hacının doğmamışdı arvadı,Yox idi evdə bircə övladı.Ərlə arvad edərdilər söhbət,Qalacaq bəs kimə bu var-dövlət?Nə qədər eylədik dava-dərman,Verdik allah yolunda yüz ehsan,Seyidə nəzr verdik olmadı.Yenə övladımız doğulmadı.Bunda bir gizli məsləhət vardır,Şübhəsiz bunda bir cəhət vardır.Bir uşaq həsrətindədir çoxlar,Uşağından bezən də ancaq var.Yoxsulun yox evində bir zadı,Doğar ildə bir oğlan arvadı.Hamısı qılçası açıq, üryan,Heyrət eylər baxan kimi insan.Süfrəni görcəyin düşər dava,Ac uşaqlar salarla vaveyla.Başlayırlar qapış-qapış cümlə,Süfrəyə başlanır böyük həmlə.Tikə üstündə başlanır tufan,Ata ilə ana baxır heyran.

Nə deyək, hansı sözləri danışaq?Evi bərbad, doğmadın bir uşaq!

4

Az zaman keçdi bu hekayətdən,Hacı bir gün soruşdu övrətdən:Nəyə lazım bu ev, bu var-dövlət?Gətirib burda saxla bir külfət.Axtarıb tap kasıb, cavan bir qız,Yaşadınsa daha yetər yalqız.Qalma yalqız, gətir birin naçar,Yaxşıdır evdə olsa xidmətkar.Bir fəqirin qızın gətir barı,Qazı bir siğə eyləsin cari,Köhnədən-möhnədən verək geysin,Süfrədən artığın qalarsa yesin.Xoşuna gəlməsə çıxart evdən,Nəçiyəm mən, evə xanım sənsən.Hacı min hiylə qıldı, aldatdı,Xanıma min cürə yalan satdı.

5

Yeni ölmüşdü bir nəfər bağban,Kimsəsiz bircə qız qalıb ondan.Adı Nərgiz, həyalı, ismətli,İşdə bir qəhrəmantək himmətli.Atasından sora çıxıb bağdan,Evi yox, qalmış idi sərgərdan.Hacı bu haləti eşitmişdi,Nərgizə ondan elçi getmişdi.Hər işi sazlamışdı şeyx ilə,Qıza etmişdilər böyük hiylə.Şeyx edərkən qıza nəsihətlər,Dedi: – «Tapdım sənə nəcib bir ər.Nə olar evlidir, var arvadı,Olmamış bir nəfər də övladı.Bir cavan qızsan olsa övladın,Hacı evdən qovar öz arvadın.Sənə allah verər neçə övlad,Onlar ilə müdam olarsan şad.Döşəmiş hacı ayrı bir dam-daş,Sənə xidmət edər neçə qaravaş.Hacı öldükdə cümlə var-dövlət,Olacaq şübhəsiz sənə qismət.Şad yaşarsan nə qədər ömrün var,Sağ-solunda beş-altı xidmətkar».Şeyxdən sonra həzrəti qazı,Çağırıb Nərgizi edib razı,Oxunub siğə, məsələ bitdi,Şeyx pulun aldı, qız gəlin getdi.Hacının mətbəxində zillətlə,Nərgiz ömr eyləyir əziyyətlə.İşi paltar yumaq, odun qırmaq,Ev süpürməklə, qab yığışdırmaq.Yazıq arvad dayanmadan çalışar,Əyni görməzdi bir təzə paltar.Xanımı versə bir cırıq köynək,Onu da tullayardı düşməntək.«Götür al! Get! Ədəbsiz, anlaqsız,Özü bağban qızı, bir əxlaqsız.Sən də arvad deyirsən öz-özünə?Güzgüdə bax o qaşına, gözünə.Gül sənin başına, utanmırsan,Varlı evdə həyatı qanmırsan!Yoxsa ağlın çaşıb, olursan şad,Bəs deyirsən hacı alıb arvad?Hacı kimdir, mənimdi var-dövlət.Qaravaşsan, evimdə qıl xidmət!Deyirəm bu sözü sənə bir yol,Kəbinin on manatdır, al rədd ol!Sənə artıqdı verdiyim köynək,Saxlaram mətbəximdə, minnət çək!Sənə kim izn verdi, heyvan qız,Hacı ilə oturmağa yalqız?Mənə görsənmə qarnı burnunda,Atana od vuram gərək onda!Sən nəsən, ya ki, doğduğun övlad?Qaravaştək otur, yazıq arvad!»

6

On bir ay keçmiş idi bu haldan,Doğmuş idi zavallı bir oğlan.Onu Nərgiz sevərdi, istərdi,Qara mətbəxdə daim işlərdi.Eyləməzdi qüsur xidmətdə,Dözdü bir il dəxi əziyyətdə.

Elə ki, çatdı bir yaşa oğlanNərgizə evdə etdilər e’lan:Boşamışdır səni hacı artıq,Uşağı kəs süddən, evdən çıx!Qaldı bu hiylələrdən heyrətdə,Evi tərk eylədi o saətdə.

7

Yadına düşdü köhnə söhbətlər,Şeyx əmi etdiyi nəsihətlər.Gəldi şeyxin hüzuruna nalan,Ağlayıb gözlərindən tökdü o qan.Şeyxi haldan çıxardı ol halət,Çeşməyin aldı taxdı ol saət,Baxdı görsün nədir dərin fəryad,Gəncdirmi bu ağlayan arvad?Gördü bir gəncdir, fəqət qəmgin,Zülmlər, hiylələr pozub rəngin.Bir çiçəkdir, fəqət əzilmişdir,İşləməkdən bu hala gəlmişdir.Şeyxdə zahir oldu bir həyəcan,Daima göz bəbəkləri lərzan.Ona baxdıqca titrəyirdi əli,Sürünürdü dizin-dizin irəli,Saqqalın daima tumarlardı,Gözü eynək dalında parlardı.Yanaşıb söylədi: – «Nə istərsən?Nəçisən, mətləbin nədir, kimsən?Səni bu hala kim qoyub, söylə!Əyləş, öz halını bəyan eylə!Yaxın ol, dinləyim kəlamını mən,Bir səvabdır, yaxında əyləşsən.Qorxur isən əgər cəhənnəmdən,Yaxına gəl, utanma çox məndən.Üləmanın hüzuru cənnətdir,Nəfəsim mö’minə şərafətdir.Nəfəsim dəysə hər kəsin canına,Axirətdə gələrmi od yanına?Məni sən başqası hesab etmə,Üzünü aç, yetər, hicab etmə!Üləma qismi xalqa məhrəmdir,Bu ki, gizlin deyil, müsəlləmdir?»

Dayadı axırı burun-buruna,Diriyib gözlərin baxırdı ona.Çəkərək Nərgiz ahı ah üstə,Başını çəkdi ondan ahəstə.Dedi: – «Mən ən fəqir bir qız idim,Atam ölmüş idi, yap-yalqız idim,Məni bir xain almaq istərdi,Çaşdırıb dama salmaq istərdi.İmtina eylədim bu də’vətdən,Qorxar idim mən əhli-sərvətdən.Varlı bildim tayım deyildi mənim,İstəməzdim olam ona təslim.Yoxsul hər qədr olsa ismətli,Başa verməz onunla sərvətli.Mən bilirdim onun kimi hacı,Saxlamaz mən fəqiri-möhtacı.Varlını çox gözəl tanırdım mən,Ona və’zinlə yardım etdin sən.İndi ol mə’vizən nədir qandım,Təvsiyənlə satıldım, aldandım.İki il hərgiz olmadım rahət,Qadın oldum ona yarım saət.Mənə və’d eylədin geniş dünya,Mənə ol və’zilər birər rö’ya.Mənə lazım deyildi ol sərvət,Orda qoydum fəqət böyük dövlət.O mənim bir yaşında övladım,Gözümün nuru, tifli-növzadım.Xoş keçərdi onunla əyyamım,Onsuz ah ilə gündüzüm-şamım,Dedilər, – get, sənin deyil övlad,Biz böyük, sən dilənçi bir arvad!»

8

Şeyx qızdı bu sadə söhbətdən,Yenə söz başladı şəriətdən.Buyurub bu hədisi peyğəmbər:«Naqisül əql olurlar övrətlər».Kişilərdir qadınlara hakim,Onu sevməzsə boşlayar daim.Bu hüququ ona verib qur’an,Kişinin çünki malıdır nisvan.Bir kərə çıxmış olsan əmrindən,Ona artıq qadın deyilsən sən.

Ona borcun fəqət itaətdir,Ərə baş əyməyin ibadətdir.Səndən olmazsa hər ərin razı,Eyləməz çarə dərdinə qazı.Arvada ər ikinci xaliqdir,Bu şəriətlə də mütabiqdir.Allahın hökmünü eşit əvvəl,Çünki o hər bir hökmdən əfzəl!Sonra dinlə ərin sərəncamın,Budu çünki əsası islamın.Ərsiz heç söz demə, yemə, içmə.Aqil ol, öz hüdudunu keçmə!Verməsə ixtiyar ər naçar,Əyninə geymə bir təzə paltar.Hər nə söylərsə can deyib sözə bax,Onsuz heç səmtə çıxma, ol dustaq!Hacı səndən şikayət eylərdi,O sənə min qüsur söylərdi.Söyləyirdi o bir böyük tənbəl,Törədib ailəmdə bir əngəl.Arvadımla işi döyüşməkdir,Peşəsi hər söz üstə küsməkdir.Tərbiyə görməmiş bir insandır,Adı arvad, özü bir heyvandır.İndi sən söylə, azmı nöqsanın?Burda borcu nədir müsəlmanın?Görməyib evdə iş üzə durdun,Şər’i peyğəmbərə təpik vurdun.Ağlama, tövbə eylə bu dəmdə,Yanacaqsan yəqin cəhənnəmdə.Tövbə eylə yanımda bu saət,Heyfdir odlana bu cür qamət.Özünə çarə qıl, cavan qızsan,Səni əfv eyləmək deyil asan!Hacıda yoxdu zərrəcə təqsir,Onu rəftarın eyləmiş təhqir.Boşamış, onda bir qüsur yoxdur,Kəbinin on manat, bu da çoxdur.Yox cavabın, al, həqqi-zəhmətdir,Kəbin onsuz da bizdə icrətdir.Bizə qur’an qoyub gözəl qanun,Belə qanuna sən də ol məmnun.O gedib evlənər bir arvada,Sən də tək qalmazsan bu dünyada.

Sənə hər bir qədəmdə ər mümkün,Tapılar hacı kimi yüz mö’mün.Neçə ay bizdə gəl elə məskən,Eyləyək səbr, ta çıxa «iddə»n.İkimiz onda eylərik söhbət,Görək allah nə eyləyər qismət.

9

Anladı Nərgiz ol sərəncamı,Hiddətindən qızardı əndamı.Qabarıb tükləri həyasından,Dedi: – «Sus, dinmə, binəya insan!Ola nifrət sənin şəriətinə,Tüf sənin elminə, təriqətinə!Etmisən dini əldə bir alət,Aldadırsan avamı hər saət,İşiniz daima qız aldatmaq,Pul alıb hacıya qadın satmaq.Olmusan varlılarla həm əfkar,Elə məl’unsan hər işin murdar.Sənə nisvan inanmasın bir də,İç üzün çıxdı, yırtılıb pərdə.Məni rəhm etmədən sən aldatdın,İrzimi on manat pula satdın.Buna yol verdi hansı bir məslək?Qadını bircə mal hesab etmək?Ararım indi ayrı bir dünya,Köhnə dünya vərəmli bir xülya!»

10

Bayıra çıxdı Nərgiz hiddətlə,Ağlayırdı, coşurdu heyrətlə.Düşünüb bilməyirdi bir çarə,Küçələrdə gəzirdi avarə.Neçə il keçdi bu hekayətdən,Qalmadı iz keçən hökumətdən.Molla, bəy, xan zamanı devrildi,Fəhlələr hökmranlığı gəldi.Nərgiz onda gəzərdi tək-tənha,Ona görsəndi bir səfalı bina.Ora baxdıqca parlayır amal,Görünür orda şən bir istiqbal.

Ora baxdıqca hiss olur azad,Orada qəlblər olur çox şad.Burdadır rəhbərin böyük şəkli,İliçin hər şüarı istəkli.Göstərir bir işıq cahan qadına,Şərqin örtükdə qalmış arvadına.Baxdı Nərgiz, ümidi yüksəldi,Sadə bir qız ona tərəf gəldiDedi: «Harda olursa bir məzlum,Bura eylər şikayətin mə’lum.Burada iş görən qadınlardır,Qız-qadından müdirələr vardır.Bura də’vət olar bütün ərlər,Qadının burda haqqın istərlər.»Nərgizin cilvələndi rüxsarı,Girərək etdi göz yaşın cari.Dedi öz qəmli dastanından,Nəql qıldı keçən zamanından.Nə ki, var dinlənildi şəkvası,Yerinə gəldi hər təmənnası.Hacıda qalmadı daha dövlət,Nərgizinsə günü keçir xoşbaxt.Mehriban oğlu öz kənarında,Ev-eşik cümlə ixtiyarında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 min
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 min
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 min
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 min

Poems by other poets