Page 4 of 5 · 60%

Hacı Səməd xan sözlərimdən razı qalan adamlar kimi özünü düzəltdi və:

– Qədrdan adamları, məmləkətin qeydinə qalanları çırağ götürüb qapı-qapı axtarıram. Sizin səlamət bir əqidə daşıdığınız mənə məlumdur, yer bilən və şəxsiyyətlərə fərq qoya bilən adam olduğunuz üçün cənabınızı həddindən artıq sevirəm. Lakin iranlıların hamısı sizin kimi yaxşı-yamanı tanıyan adamlar deyil. Onlar vədə aldanan, hətta nisyə və xəyala sığışmayan nisyə vədlərə inanan adamlardır.

Bu sözlər, Hacı Səməd xanın dərdli adam olduğunu və özünü ələ ala bilmədiyini göstərirdi, buna görə də onun yarasını deşmək və qəlbindəkiləri şərh etdirmək qərarına gələrək dedim:

– Hərgah beş-on nəfər şəxsi-qərəz sahibləri həzrət əşrəfin vücudunu Azərbaycan xalqı üçün səadət bilmirsə, minlərlə adamlar vardır ki, özünün və məmləkətin səadətini həzrət əşrəyin varlığında görür. Həqiqətdə bəndənin özünü götürmüş olsanız, doğrudan da, mən həzrət əşrəfin xəstələndiyini İrana üz verən bir bədbəxt hadisə kimi hesab edirəm, bunun üçün həzrət əşrəfin səhhəti barəsində hər şeydən artıq düşünürəm.

Hacı Səməd xan qalxıb dodaqlarımdan öpdü.

– Bərəkallah! – dedi. – Bunu mən iki ildir ki, hiss edirəm. Lakin mənim zəhmətlərimə qiymət qoymurlar, mənim qapımın dabanını çıxaranlar, mənim kölgəmdə, mənim ehsanım ilə yaşayanlar, indi dəlləyin oğlunun qapısına yığılıb onu həzrət əşrəf" deyə çağırırlar.

– Mən bunun səbəblərini yenə də öz dostumuzda, cənab general konsulda görürəm. Mən bilmirəm onlar Rəşidülmülkü hansı nüfuzu səbəbinə irəli çəkirlər? O, Ərdəbil hakimi olduğu zaman belə bir iş görə bilmədi. İranda Rəşidülmülkün səsinə kim səs verər?l Lakin bu gün əmr verərsəm Qaplan-kuhdan” Həmədan, Xalxal, Qaradağ və Kürdüstana qədər bütün qəbilələr öz atları ilə Təbrizə yığışar.

" Hacı Səməd xanın müavini Rəşidülmülk və sonralar sərdar Rəşid adlanan adam əvvəlcə dəllək şagirdi olmuşdur. «Həzrət əşrəfə ləqəbi İranda ancaq vəzirlərə verilən ləqəbdir: son zamanlar təbrizlilərin yaltaqlıq sevən bir qrupu Səməd xanı və Rəşidülmülkü «həzrət əşrəf? deyə çağırırdılar.

7 (Qaplan-kühə - İranda azərbaycanlılarla farslar yaşayan vilayətlərin sərhəddində yer adıdır. Təbrizlə Tehran arasındadır.

Hacı Səməd xan sözünü bitirdikdən sonra yenə də mən:

– Doğrudur, həzrət əşrəf! Onun nüfuzu yoxdur, lakin hazırkı zamanda nüfuzu şəxsiyyətlərin fəaliyyəti və xalqın haman şəxsiyyətə olan məhəbbəti yaratmır. Hazırda müəyyən adamlar üçün nüfuzu süni olaraq müəyyən bir qrup, bir zümrə yaratmış olur. Rəşidülmülk də bu qəbil adamlardandır, lakin süni və müəyyən bir zümrənin tərəfindən yaradılan və şəxsiyyətin özü ilə əlaqədar olmayan nüfuz, yenə də başqa bir zümrənin vasitəsilə məhv edilə bilər. Həzrət əşrəfin dostları Rəşidülmülkün süni bir nüfuza malik olduğunu xalqa tanıtdırmaq işində aciz deyil, biz hər işi bacara bilərik. Lakin hələlik Azərbaycanın vəziyyəti bunu tələb etmir, məmləkət hərec-mərclikdir, xüsusən müharibə zamanıdır, müharibənin həzrət əşrəfin məmləkətinə sirayət edəcəyi qorxusu da vardır. Buna görə bizim birlik yaratmağımız lazımdır. Xüsusən biz cənab general konsulun Rəşidülmülkü nə kimi bir məqsədlə nüfuz sahibi etmək istədiyini də bilmirik. Bəlkə də, bizim Rəşidülmülkə qarşı hərəkətimiz müttəfiqimiz olan Rusiya dövlətinin ümumi siyasətinə də toxuna bilər. Lakin hər şeydən əvvəl, bunu da həzrət əşrəfə ərz etməliyəm ki, Tehranda heç vaxt Rəşidülmülkün Azərbaycan valisi olmasına riza verməzlər.

Hacı Səməd xan məni çox diqqətlə dinləyirdi. Sözlərim onu qənaətləndirmişdi, lakin son cümlədən sonra başını qaldırıb:

– Dediklərinizin hamısına şərik oluram, – dedi, – lakin Tehran hökumətinin Rəşidülmülk hökumətinə razı olmaması barəsindəki fikrinizə şərik deyiləm! Tehran və Tehrandakılar kimdir? Süpəhdar və Eynəddövlə, Fərmanfərma, Müstafilmülk, Səliddövlə kimdir? Onların nə kimi bir nüfuzu vardır?l Onların hansı birisində Rusiya və İngiltərə siyasətinə qarşı çıxmaq üçün cəsarət vardır? Onların hamısı ingilis və rusların cirəxorları deyilmi?1?

Hacı Səməd xanı çox silkələdim. Qəlbinin torbasını yoxlamaq üçün çalışdımsa da o, bir sirr vermədi. Onların təzə macəraya hazırlaşdıqları barəsində bir şey öyrənə bilmədim.

I Süpəhdar, Səliddövlə, Fərmanfərma və sairlər Tehranda baş vəzirliyi növbətlə ələ gətirən adamlardır. .

2 Cirəxor – ehsan yeyən deməkdir, çünki Fərmanfərma və Süpəhdar Rusiya ləhinə işləmək üçün Rusiyadan müəyyən paralar alırdılar.

O mənim dediklərimi təsdiq etməyə bilməzdi, çünki onun Rəşidülmülkə qarşı bütün hərəkəti özünün konsul yanında olan nüfuzunu öldürə bilər, bəlkə də, özünün süqutu barəsində çəkilən planları tələsdirərdi, o, bu düşüncələrlə də əsəbiləşmişdi. O, Rəşidülmülkə qarşı heç bir iş görə bilmədiyindən acizləşmişdi. Onun cəlladlara məxsus qana həris gözləri qızarmağa və qan tələb etməyə başlamışdı. Onun duruşu 11-ci ilin məhərrəm ayındakı faciələri yada salırdı. Onun uzun sallaq bığlarının hər bir tükü dar ağacından asılan bir kəndir kimi gözlərimdə canlanır və məni iyrəndirirdi. Bu tüklərdən inqilabçı Siqqətülislam, Təbriz inqilabı rəhbəri Hacı Əli davafüruş, Sadiqilmülk, Şeyx Səlim, qəndfüruş Məşədi Abbasəli və Əli Müsyönün gənc, inqilabçı oğlanları asılırdı. Mən bu cəlladı əsəbiləşdirməməli idim, çünki o, daim əsəblərini bir neçə nəfəri öldürmək və ya ağır cəzaya düçar etməklə sakitləşdirərdi. O, daim öz mövqeyinin laxladığını hiss etdiyi zaman zindanındakı günahsızları gətirib gözü önündə döyürlər, əlini, qulağını və ya başqa bir əzasını kəsdirər, yaxud da bir neçəsini çılpaq halda buzlu hovuzun içərisində döydürər, bununla da öz əsəblərini sakit edərdi.

Hacı Səməd xan bu məqsədlə də, ümumi həbsxanada olan dustaqlardan gündə bir neçəsini Nizamüddövlə bağında düzəlmiş xüsusi həbsxanada saxlar və gecələri yata bilmədiyi və əsəbiləşdiyi zamanlarda onlardan bir neçəsini cəzalandırdıqdan sonra sakit olub yatardı.

Təbriz xalqı Nizamüddövlə bağının adını əbəs yerə «Nizamüddövlə qəssabxanasıb qoymamışdı. Bu bağın ağacları Təbriz inqılabçılarının qanları ilə suvarılırdı.

Burada kəsilən başları görməmək üçün qızılgül qönçələri üzünü açmaz, bülbül isə məzlumların iniltisini eşitməmək üçün bu bağın ətrafında dolanmazdı.

Hacı Səməd xan məni buraxmadı, şam yeməyinə saxladı. Lakin mən qalmaq istəmirdim, çünki o, acıqlı idi, onun bir nəfərə cəza verməsi, ya aşpaz, ya əl suyu gətirəni, yainki qəlyan verəni və ya çay tökəni cəzalandırması şübhəsiz idi.

Lakin başqa bir cəhət üçün mənim orada şam yeməyinə qalmağim məsləhət idi. Bəlkə də, mən burada olduğuma görə o özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdi. Onun əlləri titrəyirdi, onun bığları qaplan bığları kimi şişlənirdi.

Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. Bəzən o, zəhərli bir gürzə kimi fısıldayır və qıvrılırdı.

Qəlyanı və mənim qarşımda olan boş stəkanı gəlib apardılar. Hacı Səməd xan aşpazın hüzura gəlməsinə əmr verdi. Bir dəqiqədən sonra aşpaz içəri girib əlləri döşündə ikiqat oldu və heç bir söz demədən durub mat-mat baxmağa başladı. Aşpazın gözü cəlladın dodaqlarında idi.

Onun göz bəbəklərinin titrəməsi, göz qapaqlarının kirpik çalmadan quruyub qalması da bir qorxu intizarında durduğunu göstərirdi. Hacı Səməd xan soruşdu:

– Əziz qonağa layiq şam yeməyinə nəyin vardır?

Aşpazın dili açıldı, bişirdiyi xörəklər haqqında məlumat verməyə başladı:

– Fisincan plov, badımcan plov, bozqovurma plov, taskabab plov, zəfəranlı-zirəli plov, döşəmə plov, aşırma plov, toyuq plov, cücə plov, kələm dolması, soğan dolması, badımcan dolması, yarpaq dolması...

Hacı Səməd xan aşpazın sözünü kəsdi və:

– Yetər, – dedi, – bu saydıqlarından bizim üçün hansı birisini layiq bilirsən?

Aşpaz yenə qorxa-qorxa, dili dolaşa-dolaşa danışdı:

– Həzrət əşrəf və cənab sərkar üçün quzu plovu məsləhət görürəm.

– Get, sonra da nəyi məsləhət görürsən, gətir, əl suyunu göndər!

Aşpaz şad bir surətdə, şirin qabağından nicat tapan bir qoyun kimi qayıtdı.

Əl suyunu gətirdilər, onlar da salamatcasına vəzifələrini bitirib getdi, süfrə döşəyənlər də bir cəza almadan bayıra çıxdılar.

Xörəklər iki nəfərə yox, lap on nəfərə də kifayət edərdi: cəllad çox az yeyirdi, bir qədər quzu əti ilə düyü yedikdən sonra bir az mürəbbələr ilə qurdalandı, sonra da ətirli şərbətlərdən içdi. Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi.

Şərqdə kübar məclislərində belə bir adət vardır: ən hörmətli və csərsüfrəp. adlanan zat başını məcməyidən qaldırdıqda bütün süf-

Iı Sərsüfrə – yəni süfrənin başında oturan hörmətli şəxs, İranda sərsüfrə əlini xörəyə uzatmamış heç kəsin xörəyə əl uzatmağa ixtiyarı yoxdur. Elə də xörəkdən qalxdığı zaman hamının qalxması lazımdır. rədə oturanlar əlini xörəkdən çəkməli və belini düzəltməlidir. Buna görə də sərsüfrələr başqalarını yeməkdən məhrum etməmək üçün özünün doyduğuna baxmayaraq, belini düzəltməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIII. Əminənin romanı

Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.

24 min
XIV. Sui-qəsdlərin vahid cəbhəsi

İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.

20 min
XV. Biçeraxov cəbhədən çəkilir

Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.

11 min
XVI. Raya qaçdı

Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.Nəhayət, qoçu Əminəni səsləyərək:

6 min

Poems by other poets