Töhvə
İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.
Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:
əş...............370
cəmadi.........58
vərcəba......212
təri............210
əcəba..........72
cəmi eylər 1326 ki, bu ildə İran və Osmanlı inqilabı başlayıb. Müəllim cənablarının sözündən bu çıxır ki, hər bir Hacı Həsən Naxçıvanda və Feyzi cənabları İstambulda əgər istəsələr hər bir hədisin kəlmələrini bir-birinə çalıb bilərlər ki, bundan da sonra dünyada nə böyük vüquat əmələ gələcək.
Mən elə bilirəm bu cür oyunbazlıqlar hədislərin üstünə gülməkdir.
Və bir də əbcəd hesabı natəraş hesabdır. Hürufatı əbcəd hesabına götürərsən birdən görərsən ki, məsələn axırda çıxdı otuz, yə’ni otuz ildən sonra camaatımız gözünü açıb görəcək ki, Məşədi Həsənlərin və Feyzi cənablarının əbcəd hesabları millətı qaranlıqda saxlayan düşmənlərin ən böyüyü imiş.
«Şəms» ruznaməsində yazılan əbcəd tapmaçası şeyx Əbülhüdaya və Danabaş kəndinin prixod mollasına yaraşan şeydir.
Amma indiki zəmanədə Balkan vüquatının müqabilində bu cür pərpuçatı məşğələ etməyi biz müəllim Feyzi cənablarından gözləmirdik.
Doğrudan da ayıbdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tohve
Use ← → keys to move, R for a random poem
More by this author
Saç xariqələr, dəhri qoy e’cazına heyran,Əzmində, səbatında qüsur eyləmə bir an.
Ararat dağı1Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim,
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Xan sarayıQafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?
Poems by other poets · Satire
Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
Qocalar marşı ("Bir qocayam çaq nər kimi yaşaram")Bir qocayam, çaq nər kimi yaşaram,Dörd arvadı bir-birinə qoşaram,
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,