Baban belə demişdi
(Uşağın ad günündə)
Əlvan çiçəklərlə bəzənir eyvan,Bayram paltarını geyinir anan...Qohumlar, qonşular iki-bir, üç-bir,Əlləri çiçəkli tökülüb gəlir.Gül kimi fərəhlə açılır üzün,Sənin ad günündür, ay oğul, bu gün.Ömrünün bağında gül açır bahar,Bunun da öz şövqü, öz cəlalı var...Hər gələn tez nəzər yetirir sənə...Hərə bir oyuncaq gətirir sənə.Düzülür qarşında o hədiyyələr,Balaca ayılar, atlar, dəvələr...Gülür umul-umul şeytan gözlərin,Üzürsən içində al çiçəklərin...
Nə kaman dincəlir, nə tar dayanır,Fərəhli gözlərdə sevinclər yanır.Aləmə sığmayır çalan-çağıran,Süfrədə yeməklər dəyişir hər an...“Al şərab” başlara etdikcə əsər,Mehriban gülüşlər, şən qəhqəhələr,Gəzib könülləri quş kimi yenə,Yüksəlir göylərin dərinliyinə...Qədəhlər boşalır, dolur yenidən,Lakin ağır-ağır düşünürəm mən...
Məclis ahəngini bir az dəyişir,Qonaqlar söz alıb danışır bir-bir:
Dünyada hər kəsdən şirindir övlad,Bizim xalqımızın fəxridir bu adƏziz “Babək” adı...– Mübarək olsun!Sənin sağlığına!xoşbəxt ol, quzum!Qədəhlər boşalır, dolur yenidənLakin ağır-ağır düşündükcə mən,Görürəm qarşımda bir heykəl durur –Babamdır, minillik alnında qürur.Bayaqdan dayanıb seyr edir bizi...Mənalı-mənalı süzüb məclisi,Üzünü körpəyə tutur ixtiyar:– Mənim də bir kiçik nəsihətim var:Quzum, bu gün sənin ad günündür, ad...Nə olar? Xoşbəxt ol, boya-başa çat!..Lakin, fayda yoxdur biz qoyan addan,Özün hünər göstər, özün ad qazan!..
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-baban-bele-demisdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
سخنی میرود، ای دوست، مسلم سخنیکه ز دستم ندهی، زانکه نیابی چو منی
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
QərənfilSəni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!