(Təbrizli deyirdi)

Kimə deyək – az almayır, çox alır,Xəbər alma – nə aparır, nə alırÖmr etdikcə azalmayır, çoxalır,Gündən-günə dərd-azarı dünyanın.

Kim yazıbsa, pərişanlıq yazıbdır –Bir aydınlıq, bir qaranlıq yazıbdır,Öz ömrünə nigaranlıq yazıbdır,Əksik olmur intizarı dünyanın.

Tarixin öz hökmü, öz qanunu var,Çox çəkməz, şah ağlar, şahpərəst ağlar.Eşidir... danışır... nəyin ki sağlarNə var lalı, koru, karı dünyanın.

Yadlar gəlib ölkəmizə soxulur,Bağbanlar qırılır, bağçalar solur.Hərçəndi ki, vəfasızlar çox olur,Kəsilməyir etibarı dünyanın.

Şah oğlunun özü nədir, sözü nə?Kimdir baxan indi onun sözünə?Qoyan olsa kifayətdir özünə,Halal malı, halal varı dünyanın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets