İllərin, ayların əlində ömrümBir yol titrəmədi, bir yol əsmədi.Bu günə, sabaha baxdı inamla,Eldən ümidini bir an kəsmədi.

Dünyada faydalı, dəyərli nə var,Toplamaq istədim yeri düşəndə,Səadəti üçün mən öz xalqımın,Öyrənmək istədim düşmənimdən də.

Qalan illərimi bilmək istədim,Dedim o neçə qış, o neçə yazdır?Qaytarmaq istədim sənə borcumu,Baxıram, bir ömür nə qədər azdır.

Tayın, bərabərin yoxdur, ey Vətən!Neçə ölkə gəzdim, neçə el gəzdim.Yüz ömrüm olsaydı verər büsbütün,Səndən bir günümü əsirgəməzdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland