Kotan nə bilir ki...
Kotanın zənciri yoğun qayışlaÇox möhkəm bağlanıb boyunduruğa,Qoşub öküzləri kəndli babalar,Biri öndə gedir düşüb qabağa...
Boyunduruq, samı, bir də kotan, xış...Günü belə keçib, ona nə yaz, qış?..Zəncirin, samının qalıb altında,Büküm-büküm olur, bürüşür qayış.Sürüb öküzləri əkinçi əkir,Kotan nə bilir ki, qayış nə çəkir?..
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-kotan-ne-bilir-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Dolur ev-eşiyi
Biri dəvət etdi... getdim nə olar...Baxdım, çox zəngindir, doludur evi
Yalançı etiqadlarSən ağ deyən zaman o deyir qara,Hər kəsin öz gözü, öz eynəyi var.
Müdrik qoca deyirdiDünyanın bir sirri bəllidir bizəQanunu əbədi, hökmü qətidir.
Əcəl birdən gəlirMurada, məqsədə, yetişmək üçünGünlər azlıq edir, ömür yetməyir...