Pozulubdur halı bizim qonşunun,Başına daş dəyib, deyirlər onun.Ona ki, daş dəyib daha soruşmaYaxın daşı dəyib, yoxsa yad daşı?Heç dostu düşməndən seçə bilməyir,O gündən yazığın itib yaddaşı.

El deyib, – el sözü məhək daşıdır,Elin dediyində heç yalan olmaz.Yox, düşmən daşına baş dözərdi, yox!O tənə daşıdır, onu “dost” atıbHeç tənə daşından sağalan olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland