Dərdi duyan bircə baş deyil, qardaş,Ürək də anlayır, ürək də qanır.İnsan bəzən elə dərdə düşür ki,Ona daş dayanmaz, ürək dayanır.

İnsan işə düşür, çox əzab çəkir,Ürək ağrıyarmı, bunu qanmasa?Atalar düz demiş, gözəl məsəldir:Gözdən yaş çıxarmı ürək yanmasa?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets