O bəxtiyardır
Arzunun, diləyin hüdudu yoxdur,Varsa sonu hanı, sərhəddi hanı?Kimi qane olur sadə çit dona,Kimi endirməyir, zəri-zibanı.
Elə ölkələr var ağırdır həyat,Gün-gündən bazara bahalıq düşür.Yoxsulun belindən, acın dalından,Nə bir gün yük düşür, nə alıq düşür.
Birinin varıdır, o yeyir, geyir,Digəri çıl-çılpaq, həm də qarnı ac,Kimi daxma gəzir daldalanmağa,Kimi hökmdarlıq, zərli taxtı-tac,
Malı mülkü olan bir yol demədi:Çox şükür, varlıyam hər şeyim vardır.Hər kim ola bilsə varıha qane,Mənim aləmimdə o bəxtiyardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-o-bextiyardir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dolaşma sıldırım sal qayalıqda,Daşlar ayağını əzər, maralım!
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
DöndərdinOğrun-oğrun baxan gözəl,Bağrımı qana döndərdin.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,