Olarmı?
Ey mələk, qınama bir sualım var, –Qəribəm, yanında qalım, olarmı?Sədəfli sazımı basıb bağrımaQaşların eşqinə çalım, olarmı?
Mən canandan, canan məndən ayrılıb,Ruh yaşarmı de, bədəndən ayrılıb?Gecənin bu çağı səndən ayrılıb,Çöllərə düşməyə halım olarmı?
Ay niyə tutulur, söylə, ey nigar, –Səni hicran boğur, yoxsa intizar,Bəlkə ürəyində bir dərdin də var,Mən sənin dərdini alım, olarmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-olarmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Çağırdın, ey səmənsima, yanağuna düşən tərdürÇağırdın, ey səmənsima, yanağuna düşən tərdür,Kətan yagdıq bilə ol tərni, ey simin bədən, dərdür.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.