Əyləşib qapıda-günəqarşıdaQohumlar, qonşular söhbət edirlər...Elin söhbətini, elin dərdini.Özündən eşitmək deyildir hədər.

Baxırsan, sözləri çəpləşir, bəzən,Yaxın qohum-qonşu olsa da bunlar.Bir sayaq deyildir adamlar, burda,Əliəyri də var, sözü düz də var.

– Deyirəm oğrudur, oğrunu tanı! –Apardı, gözümlə gördüm heyvanı...– Çox da ki, görmüsən, sübutun hanı?Görmək işə keçmir, göz işə keçmir.

– Qaynar bulaqlardır bədənimdə tər,Harayım heç sənə etməyir əsər...– Yanır qaz tonqalı – yanır üfüqlər,Odumu kül basıb, köz işə keçmir.

– Gördün bir məhlədə yoxdur hörmətin,Əbəsdir təvəqqən, boşdur minnətin.Anlamaz yanında sözün-söhbətin,Minməz məzəndəyə, söz işə keçmir.

– Yaxşı gətirmədi işlərin bu qış,Görünür ki, səni tutubdur qarğış;– Neynəyim, beş mindən, on mindən, danış,Əlli işə keçmir, yüz işə keçmir.

Boğazın kəndirə keçdimi sabah,İstər lap vəzir ol, istər şahənşah,Yetməz harayına nə aman, nə ah,Qərq oldun dəryada, üz, işə keçmir...

Mən, həm qəzəbləndim bu adamlara,Həm də, bəzisinin halına yandım.Hanı, hanı dedim, süngü tək qələm?Sabiri düşündüm, Sabiri andım...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets